yata keçirə bilər, yəni mülki hüquqlar əldə edə və hüquqi vəzifələr daşıya bilər. Bu cür hallarda hüquqi şəxsin
bir növü olan tam ortaqlıüın hər bir iştirakçısı ortaqlıq adından fəaliyyət göstərə bilər (MM-in 72-ci maddəsinin
1-ci bəndi). Ortaqlıüın işlərinin aparılması iştirakçılardan birinə və ya bəzilərinə tapşırıla bilər (MM-in 72-ci
maddəsinin 3-cü bəndi).
Hüquqi şəxsin orqanları dedikdə, fiziki şəxsdən və ya fiziki şəxslər qrupundan ibarət olan elə bir
ayrıca struktur hissə başa düşülür ki, o, mülki (əmlak) dövriyyədə hüquqi şəxsin adından və onun məna-
feyi üçün etibarnamə almadan çıxış edir. Bu orqanlar hüquqi şəxsin iradəsini yaradır, formalaşdırır və ifadə
edir. Orqanlar hüquqi şəxsin fəaliyyətini idarə edir, ona rəhbərliyi həyata keçirirlər. Onlar qanunvericiliyə və
nizamnaməyə uyüun fəaliyyət göstərirlər.
Hüquqi şəxsin orqanı qərar qəbul etmək səlahiyyəti olan şəxslərin sayından asılı olaraq iki cür ola bilər:
●
təkbaşına orqan;
●
kollegial orqan.
Dostları ilə paylaş: |