Qeyd etmək lazımdır ki, hüquqi şəxsin qeydiyyat anı ilə onun mülki fəaliyyət qabiliyyətinin bəzi ele-
mentlərinin əmələ gəlməsi zaman və vaxt baxımından üst-üstə düşməyə də bilər (sühbət hüquqi şəxsin ədliy-
yə orqanlarında dövlət qeydiyyatına alınması anı ilə müvafiq icra hakimiyyəti orqanlarından lisenziya alınması
anı arasındakı vaxt məsafəsindən gedir). Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə məşüul ol-
maq hüququ məhz bu cür elementlərdəndir. Bu cür fəaliyyət növləri qanunla və prezidentin fərmanı ilə təsdiq
olunmuş Siyahı ilə müəyyən edilir. Məsələn, inşaat fəaliyyəti, hava yolu ilə sərnişin və yük daşıması, biræa fəa-
liyyəti, təhsil fəaliyyəti, bank fəaliyyəti, sığorta fəaliyyəti, turizm fəaliyyəti və s. bu cür fəaliyyət növlərinə mi-
sal ola bilər. Hüquqi şəxslər göstərilən fəaliyyət növləri ilə yalnız xüsusi icazə (lisenziya) əsasında məşüul ola
bilər. Hər bir fəaliyyət növü özrə xüsusi icazəni (lisenziyanı) müvafiq dövlət icra hakimiyyəti orqanı verir. Hə-
min orqanlardan lisenziya prezidentin təsdiq etdiyi müvafiq qaydalar əsasında alınır. Lisenziya alındığı andan
və ya lisenziyada göstərilən vaxtdan hüquqi şəxs xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə
məşüul olmaq imkanı əldə edir. Bununla onun xüsusi fəaliyyət qabiliyyətinin elementi yaranır. Lisenziya müd-
dəti qurtardıqda, həmin element də öz hüquqi qüvvəsini itirir.
kincisi, fiziki şəxslər qanunla qadaüan edilməyən bütün mülki hüquqi əqdləri bağlaya bilərlər. Bu, o de-
məkdir ki, onlar ümumi (universal) fəaliyyət qabiliyyətinə malikdirlər. Hüquqi şəxslər isə bundan fərqli olaraq
yalnız öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olmayan əqdləri bağlaya bilərlər.
Deməli, onlar məqsədli (məhdud, xüsusi) fəaliyyət qabiliyyətinə malikdirlər.
Üçüncüsü, yaş amilindən və psixi-ruhi saülamlıq vəziyyətindən asılı olaraq fəaliyyət qabiliyyətinə görə fizi-
ki şəxslər müxtəlif kateqoriyalara (tam fəaliyyət qabiliyyətli fiziki şəxslərə; natamam fəaliyyət qabiliyyətli fizi-
162
ki şəxslərə; qismən fəaliyyət qabiliyyətli fiziki şəxslərə və s.) bölünür. Hüquqi şəxslər həmin amillərdən asılı
olaraq fəaliyyət qabiliyyətinə görə bu cür kateqoriyalara bölünmür.
Dördüncüsü, mülki hüquq qabiliyyətli fiziki şəxs fəaliyyət qabiliyyətinə malik olmaya bilər. Məsələn, 7 ya-
ş
ınadək azyaşlıların, ruhi xəstələrin və ya kəmaüılların mülki hüquq qabiliyyəti vardır. Amma onların mülki fə-
aliyyət qabiliyyəti yoxdur. Bundan fərqli olaraq, biz, hüquq qabiliyyə ti olan, lakin qeyri-fə aliyyə t qabiliyyə t-
Dostları ilə paylaş: |