Dördüncü fərqli cəhət ondan ibarətdir, hüquqi şəxs özünün spesifikliyinə görə yalnız fiziki şəxslərə məx-
sus ola bilən hüquqların daşıyıcısı ola bilməz. Məsələn, fiziki şəxs vəsiyyət etmək hüququna malikdir. Hüqu-
qi şəxsin isə vəsiyyət etmək qabiliyyəti yoxdur.
Hüquqi şəxsin elm, ədəbiyyat və incəsənət əsərlərinin müəllifi olmaq və tanınmaq kimi hüquqa (buna ən bi-
rinci (əvvəlinci) müəlliflik hüququ deyilir) malik olub-olmaması mülki hüquq elmində mübahisə doüurur. Bu
barədə əsasən iki cür mövqe yaranmışdır. Birinci mövqeyin tərəfdarları belə hesab edirlər ki, hüquqi şəxslər (el-
mi külliyyatlar, ensiklopediya lüüətləri, məcmuələr və s. nəşrləri həyata keçirən təşkilatlar) özlərinin yaradıcılıq
fəaliyyəti nəticəsində ayrı-ayrı müəlliflərin müstəqil əsərlərini tam və bütöv vahid əsər halında birləşdirir və bu-
na görə də onlar ən birinci (əvvəlinci) müəlliflik hüququna malik olur. kinci mövqeyin tərəfdarları isə göstərir-
lər ki, hüquqi şəxslər ən birinci (əvvəlinci) müəlliflik hüququna malik ola bilməz. ×ünki yalnız canlı insan yara-
dıcı əməyi ilə əsər yarada bilər.
Bizim zənnimizcə, axırıncı mövqe tərəfdarlarının fikirləri həqiqətə daha yaxındır. Doürudan da, əsərin yara-
dıcısı rolunda yalnız konkret canlı fiziki şəxs çıxış edə bilər. Qanun da bu mövqeyi nəzərə almışdır. Belə ki, qa-
nuna görə, əsərin müəllifi olmaq və tanınmaq hüququna yalnız onun yaradıcısı olan fiziki şəxs malik ola bilər.
Hüquqi şəxsin isə əsərin müəllifi olmaq və onun müəllifi kimi tanınmaq hüququ yoxdur.
Fiziki şəxsin də özünün spesifikliyinə görə yalnız hüquqi şəxslərə məxsus ola bilən hüquqların daşıyıcısı ol-
maq hüququ yoxdur. Məsələn, fiziki şəxsin özünün filial və nümayəndəliyini açmaq qabiliyyəti istisna edilir.
Dostları ilə paylaş: |