Hüquqi şəxsin mülki fəaliyyət qabiliyyəti dedikdə, onun öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və
ya həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyəti başa düşülür. Mülki fəaliyyət
qabiliyyəti qanunla hüquqi şəxsə verilmiş elə bir hüquqi imkandır ki, o, bu imkandan istifadə etməklə öz hərə-
kətləri ilə hüquq qabiliyyətini realizə edir.
Hüquqi şəxsin mülki fəaliyyət qabiliyyəti fiziki şəxsin mülki fəaliyyət qabiliyyətindən fərqlənir. Birincisi,
fiziki şəxslərin tam fəaliyyət qabiliyyəti onların 18 yaşına çatması ilə əmələ gəlir. Hüquqi şəxslərin fəaliyyət
qabiliyyəti isə onların yarandığı — dövlət qeydiyyatına alındığı andan yaranır, onun ləğvinin başa çatdığı anda
xitam edilir.
Dostları ilə paylaş: |