li hüquqi şəxslərə rast gəlmirik. Hüquqi şəxslərin fəaliyyət qabiliyyəti onun hüquq qabiliyyəti ilə eyni vaxtda
avtomatik olaraq yaranır və xitam olunur.
Hüquqi şəxslər fəaliyyət qabiliyyətini öz orqanları vasitəsilə həyata keçirir və realizə edirlər. Belə ki,
hüquqi şəxslərin fəaliyyət qabiliyyətinin həyata keçirilməsi onun fəaliyyət göstərməsini ifadə edir. Hüquqi
şə
xslərin fəaliyyət göstərməsi isə onları təşkil edən fiziki şəxslərin fəaliyyət göstərməsi deməkdir. Ona görə ki,
yalnız psixoloci-fizioloci varlıq olan fiziki şəxslər düşünülmüş, şüurlu və iradəvi hərəkətlər etmək qabiliyyətinə
malikdirlər. Həmin fiziki şəxslər və ya onların qrupu hüquqi şəxslərin orqanları adlanır. Məhz bu orqanlar da
hüquqi şəxslərin fəaliyyət qabiliyyətini həyata keçirirlər.
Hüquqi şəxsin orqanları mülki (əmlak) dövriyyədə hüququn digər subyektləri ilə münasibətə girdiyi zaman
onun iradəsini formalaşdırır və ifadə edir. O, hüquqi şəxsin bir hissəsidir. Ona görə də məhz həmin orqanların
yerinə yetirdiyi hərəkətlərin vasitəsi ilə hüquqi şəxslər mülki hüquqlar əldə edir, bu hüquqları həyata keçirir,
vəzifələr daşıyır və bu vəzifələri icra edirlər. Yerinə yetirilən bu hərəkətlər hüquqi şəxsin özünün hərəkətlə-
Dostları ilə paylaş: |