Səlahiyyətin əldə edilməsindən asılı olaraq hüquqi şəxsin iki cür orqanı fərqləndirilir:
●
seçkili orqan;
●
təyin olunan orqan.
Seçkili orqan odur ki, o, seçilir. Seçilmə qaydası hüquqi şəxsin nizamnaməsi ilə müəyyənləşdirilir. Məsə-
lən, səhmdar cəmiyyətinin təsisçilər tərəfindən seçilən direktorlar şurası bu cür orqana misal ola bilər. Həm tək-
başına orqanın, həm də kollegial orqanın seçkili orqan olması mümkündür.
Təyin olunan orqan odur ki, o, yuxarı orqan və ya təsisçilər tərəfindən təyin olunur. Təyin olunma qaydası
hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilir. Məsələn, dövlət müəssisəsinin direktoru bu cür orqana misal ola
bilər. Bir qayda olaraq, çox vaxt təkbaşına orqanlar təyin olunurlar. Kollegial orqanın da təyin edilməsi müm-
kündür, bu, istisna edilmir. Məsələn, Milli Bankın Idarə Heyəti özvlərini prezidentin təqdimatı ilə Milli Məclis
təyin edir.
Dostları ilə paylaş: |