ölkənin müdafiə qabiliyyətinin azalmasına səbəb olan proseslərin meydana gəlmə -
sinə səbəb olur.
10. Demoqrafik keçid modelləri
Müasir demoqrafiya elminin son zamanlar daha geniş tədqiq olunan is-
tiqamətlərindən biri əhalinin təkrar istehsalı prosesində baş verən kəmiyyət və key-
fiyyət dəyişikliklərini izah etməyə cəhd edən demoqrafik keçid konsepsiyasıdır. İlk
dəfə demoqrafik keçid termini 1945-ci ildə Amerika demoqrafı Frenk Noutstayn
(1902-1983) tərəfindən təklif edilmişdir. Lakin demoqrafik keçid konsepsiyasının
nəzəri əsasları demoqrafik inqilab adı altında XX əsrin 20-30-cu illərində fransız
demoqrafı Adolf Landri (1874-1956) tərəfindən hazırlanmışdır. Elmi ədəbiyyatda
geniş istifadə olunan demoqrafik keçid, demoqrafik modernləşdirmə və demoqrafik
inqilab terminləri prinsip baxımından eyni məna kəsb edir. Demoqrafik keçidin üç
əsas modeli mövcuddur:
1.Yüksək doğum və yüksək ölüm fazası;
2.Yüksək doğum və aşağı ölüm fazası;
3. Aşağı doğum və aşağı ölüm fazası.
Demoqrafik inqilab (demoqrafik modernləşdirmə, demoqrafik keçid) yüksək
doğum və yüksək ölüm tarazlıq modelindən demoqrafik proseslərin yeni sosial-iqti-
sadi şəraitə uyğunlaşması məqsədi ilə aşağı doğum və aşağı ölüm tarazlıq modelinə
olan keçiddir. Demoqrafik inkişaf tarixində bir modeldən digər modelə keçid min
illər vaxt tələb edir. Uzun illər bəşər cəmiyyəti yüksək doğum və yüksək ölüm mode -
li çərçivəsində fəaliyyət göstərmişdir. Lakin uzun illərdən sonra bütün dünyada ölüm
səviyyəsinin aşağı düşməsi yeni demoqrafik modellərə keçilməsi ilə müşahidə
ediləcəkdir Demoqrafik tarazlıq bir tərəfdən sistem daxilində doğum ilə ölüm
arasında olan tarazlıq, digər tərəfdən isə demoqrafik sistemin cəmiyyətin digər sis-
temləri ilə mövcud demoqrafik və qeyri-demoqrafik proseslərin qarşılıqlı təsiri
şəraitində baş verən tarazlıqdır.
Uzun əsrlər boyu insan cəmiyyəti yüksək doğum və yüksək ölüm modeli əsasında
inkişaf etmişdir. Əgər biz bəşər cəmiyyətinin təşəkkülü və inkişafı tarixinə demoq -
rafik baxımdan yanaşsaq, onda nəzərə çarpan ilk əsas cəhət ondan ibarətdir ki, yalnız
XX əsrdə dünya əhalisinin sayı 4 dəfədən çox artmışdır. Belə bir demoqrafik part-
layış heç vaxt tarixdə müşahidə olunmamış və bir daha gələcəkdə baş verməyəcəkdir.
Şəkil 1-dən aydın göründüyü kimi dünya əhalisinin sayı 1950-ci ildən etibarən
görünməmiş sürətlə artmağa başlamışdır. Əgər 50 min illik demoqrafik inkişaf tari -
xində yalnız 1820-ci ildə Yer kürəsində əhalinin sayı 1 milyard olmuşdusa, ikinci
milyarda çatmaq üçün cəmi 100 il vaxt tələb olunmuşdur. Lakin sonrakı 3 milyarda
çatmaq üçün artıq 40 il, 4 milyard üçün 15 il, 5 milyarda çatmaq üçün 12 il, 6 mil-
yarda çatmaq üçün isə 12 il lazım gəlmişdir. Demoqrafik partlayışa səbəb tibbin
Dostları ilə paylaş: