şəkil 1. Dünya əhalisinin 2500 il ərzində artım dinamikası
Belə dərin qütbləşməyə baxmayaraq gələcəkdə də inkişaf etməkdə olan ölkələrin
əhalisinin sayının artması gözlənilir. Artıq bir çox Avropa ölkələrində Rusiyada
əhalinin de-populyasiyası baş verir. Şübhəsiz ki, bu proseslər Azərbaycandakı de-
moqrafik vəziyyətə də təsirini göstərmişdir.
1995-2011-ci illər ərzində orta ömür müddəti 69,1 ildən 73,8 yaşına çatmışdır.
Lakin bu artım cins qrupları üzrə eyni olmamışdır. Kişilərlə qadınlar arasında orta
ömür müddəti göstəricisi üzrə nəzərə çarpacaq fərqlərin olmasına baxmayaraq
kişilərin orta ömür müddəti daha sürətlə artmışdır.
Azərbaycanda tədqiqatçılar tərəfindən demoqrafik keçid konsepsiyası demək
olar ki, təhlil edilməmişdir. Bütün dünya ölkələri demoqrafik keçid periodunu
keçməlidirlər.
Lakin Azərbaycanın demoqrafik keçidin hansı mərhələsində olması və ümu-
miyyətlə dünyada baş verən demoqrafik keçid prosesləri ilə nə dərəcədə bağlı olması
xüsusi əhəmiyyət kəsb edir. Bu demoqrafik proseslərlə yanaşı milli mənafelərin
qorunması, milli gücün artırılması ilə bağlı olan digər sosial sahələrdə baş verən
dəyişikliklərin araşdırılmasını onların qarşılıqlı əlaqəsinin öyrənilməsini tələb edir.
Dostları ilə paylaş: |