Susma, ürək…
147
DAĞLAR
Yaylaq yaxasını bağlayıb tamam,
Yaşıl paltarını soyunub dağlar.
Yamanca turşudub sir-sifətini,
Tеz gələn payızdan dəyinib dağlar.
Bəd oxdan, kamandan qorunmaq üçün,
Küləkdən, tufandan qorunmaq üçün,
Şaxtadan, borandan qorunmaq üçün,
Dumandan yapıncı gеyinib dağlar.
Zirvəsi qalxıbdı ərşi-əlaya,
Şahiddi nə qədər cövrü-cəfaya.
Söykənib baş-başa, arxa-arxaya,
Baxıb bir-birinə öyünüb dağlar.
Soruşma yaşını, qocalığını,
Görüb əsrlərin hər bir çağını.
Qoruyur insandan ucalığını,
Bədnəzər gözlərdən yayınıb dağlar.
Dostları ilə paylaş: