Susma, ürək…
227
SƏPƏLƏNMƏ
Dağ bilmişəm, arxalı dağ,
Məni görüb təpələnmə.
Gözlərimdə bir ümmansan,
Dayazlaşıb ləpələnmə.
Bağlısan elə bilirəm,
Bir şirin dilə, bilirəm.
Hədəfə güllə bilirəm,
Qırma kimi səpələnmə.
Şiruyəyəm, gül istərəm,
Vəfa, ilqar, bil, istərəm.
Mədən bilib ləl istərəm,
Xırdalanıb küpələnmə.
ÜZƏRMİŞ
Gülləsiz, yarasız, ay aman Allah,
Fikir, xəyal, dərd adamı üzərmiş.
Bu
istək deyilən nə bəla imiş,
Ölənəcən ürəyində gəzərmiş.
Ürəyin istəyi yapılmayanda,
Həsrət zərrə-zərrə çapılmayanda.
Bir dərdə təsəlli tapılmayanda,
İnsan özü ömür-gündən bezərmiş.