Sözün çoxsa əgər,çalış az olsun,
Yüz sözün yerində bir kəlmə qalsın;
Az sözün incitək mənası solmaz,
Çox sözün kərpic tək qiyməti olmaz;
Dahi söz ustası Nizami hətta vaxtilə "çox danışma" ifadəsinin böyük söyüş olduğunu
demişdir: Sözü az danış ki,işə yarasın.Çoxda çox da nöqsan tuturlar.Sənin üçün çox danışmaq
asan olsa da,"çox danışma" sözü böyük söyüşdür (3,61).
Nəsimi də sözün şirinliyi,ifadəliliyi ilə yanaşı yığcam və müxtəsər olmasına üstünlük
verir:
Aqilsən, sözünü müxtəsər et!
Ey Nəsimi,çu bikərandır söz.
Bu məsələdə Füzulinin də mövqeyi ciddidir.Füzuli sənətdə yığcamlığın
klassik
nümunələrini yaratmışdır."Söz" rədifli qəzəlində şair aydın şəkildə deyir:
Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim
nə miqdar olsa,əhlin eylər ol miqdar söz...
...Gər
çox istərsən,Füzuli,izzətin,az et sözü
Kim çox olmaqdan qılıbdır
çox əzizi xar sözü;
Ey könül,söz xəzinəsin açsan,
Dinləyən şəxsi,gözlə,yormayasan
Bəs
edər verdiyin bu inci,göhər,
İnci də çox olanda qədri itər.
"Dastani-Əhməd Hərami"nin müəllifidə sözü yığcam eləməyi,mətləbi qısaltmağı,az
sözlə geniş əhvalatları təsvir etməyi qarşıya məqsəd qoyur: "Nə söz uzayın bən" və ya "Söz
ögiş”,yəni sözü niyə uzadım.
Hələ nə
Dostları ilə paylaş: