kargüzarlıq işləri
dövlət dilində aparılır. Azərbaycanda da bu işlərin
dövlət dili səviyyəsində keyfiyyətlə həyata keçirilməsi həmin sahədə istifadə olunan bütün
sənəd növlərinin tərtibi prinsipləri, qaydaları və standartlarının yaradılmasını tələb edir.
Məlumdur ki, idarə və müəssisələrdə əmr, protokol, arayış, ərizə, məlumat, protokoldan
çıxarış, sərəncam, xasiyyətnamə, zəmanət, etibarnamə, anket, kadr uçotu vərəqi, əmək
kitabçası, tərcümeyi-hal və bir çox başqa sənədlər tərtib olunur. Bu sənədlərdən hər birinin öz
forması və yazılış normaları vardır. Həmin sənəd formalarının standartlarının hazırlanması, bu
cür sənədlərin tərtibi zamanı dildən istifadənin xüsusiyyətləri elmi əsaslara söykənməlidir.
Bütün bu sənədlərin vahid standartlarının işlənib hazırlanması lazımdır.
Azərbaycan
Respublikasının
bütün qanunvericilik aktları, qanunları
Azərbaycan dilində hazırlanır və
bu dildə də tətbiqini tapır. Qanunların müxtəlif şəkildə yozumlarına, şərhinə yol verməmək
üçün hüquqi sənədlərin dili öyrənilməli, müvafiq qayda və normalar əsasında tərtibi prinsipləri
müəyyənləşdirilməlidir. Bu baxımdan
Azərbaycan dilinin aktual problemləri
sırasına
reklam dili, radio-televiziya dili, onomastik vahidlər, o cümlədən toponimlər, oronimlər,
hidronimlər, idarə və müəssisə adları, antroponimlər, ölkədə istehsal olunan məhsulların adları,
vəzifə-peşə adları və s. də daxil olur.
Texniki vasitələrdə
Azərbaycan dilinin dövlət dili olması
kompüter
klaviaturasında Azərbaycan hərflərinin yerləşdirilməsi,
kompüter
proqramlarında
Azərbaycan dilinin istifadəsi məsələləri də dilin tətbiqi sahələri kimi ayırmağı tələb edir.
Azərbaycan dilinin orfoqrafiya, orfoepiya, izahlı və ikidilli lüğətləri
bu dilin tətbiqi
üçün əsas mənbələrdir. Bununla yanaşı
Dostları ilə paylaş: |