sinxron tərcüməni eşitmək üçün müvafiq texniki vasitələrlə təchiz olunurlar. Dilin bu
səviyyədə istifadə edilməsi başqa dillərə sinxron tərcümə kimi
bir problemin kifayət qədər
yüksək səviyyədə təmin edilməsini gerçəkləşdirir. Bu isə öz növbəsində ədəbi dil normalarının
və nitq mədəniyyəti normalarının müəyyənləşdirilib onlara əməl olunmasını zəruriləşdirir.
Çıxış və nitqlərin tərcüməsi, danışıq dilinin nitq etiketlərinin müəyyənləşdirilməsi onların bu
və ya digər xarici dildəki qarşılığının təyin edilməsindən asılıdır. Qeyd olunan cəhət dilin,
xüsusən də ədəbi dilin inkişafına böyük təkan verir. Bununla yanaşı dövlət hakimiyyəti
orqanlarının rəsmi tədbirlərində bəzi çıxış və nitqlərin qabaqcadan tərcümə olunub paylanması
təcrübəsi də vardır. Bu cəhət yazılı dilin inkişafında mühüm rol oynayır.
Xarici
ölkələrin səfirləri, habelə Azərbaycanda çalışan əcnəbi vətəndaşlar dövlət
hakimiyyəti orqanlarının rəsmi tədbirlərində iştirak edərkən onlar dövlət tərəfindən tərcümə
xidməti ilə təmin edilmirlər. Ona görə də həmin şəxslərin Azərbaycan dilini bilməsi, bu dili
öyrənmələri vacibləşir. Nəticədə Azərbaycan dili əcnəbilər tərəfindən öyrənilən bir dilə
çevrilmiş olur. Bu isə dilimizin daha geniş arealda yayılmasına, ona münasibətin dəyişməsinə
səbəb olur. Hazırda bir çox ölkələrin səfirləri Azərbaycan dilini öyrənir, bu dildə danışırlar.
Belə səfirliklər təşkil etdikləri tədbirlərdə Azərbaycan dilindən istifadə edirlər.
Yerli özünüidarəetmə orqanlarının rəsmi mərasim və tədbirlərinin də Azərbaycan dilində
aparılması bu tədbirlərdə iştirak edən idarəetmə orqanları rəhbərlərinin
Azərbaycan dilini
yüksək səviyyədə bilməsini, danışıq zamanı Azərbaycan dilinin normalarına əməl etməsinə
tələbi gücləndirmiş olur. Bir zamanlar daha çox rus dilinə üstünlük verənlər, Azərbaycan dilini
lazımi səviyyədə bilməyənlər bu dili tam öyrənmək məcburiyyətində qalırlar.
Dildən istifadənin qanunla
müəyyənləşdirilmiş bu məsələsi, yəni ondan rəsmi
mərasimlərdə istifadə olunması məsələsi ölkə ərazisindəki tədbirləri əhatə edir. Azərbaycan
Respublikasının təşkil etdiyi beynəlxalq səviyyəli rəsmi mərasimlərə və tədbirlərə,
habelə
müvafiq icra hakimiyyəti orqanları tərəfindən digər ölkələrdə keçirilən hər hansı rəsmi
mərasim və tədbirdə Azərbaycan dilindən istifadə məcburi deyildir. Bu da təbiidir. Azərbaycan
öz ərazisində rəsmi mərasim və tədbirlərdə dövlət dilindən istifadə edilməsini qanunla
tənzimlədiyi kimi, başqa dövlətlər də öz ərazilərində bu ölkələrdə qəbul edilmiş dövlət dilinin
fəaliyyətini əsas götürürlər.
Buna baxmayaraq, başqa ölkələrdə keçirilən tədbirlər də Azərbaycan dilinin işlənməsi,
qorunması və inkişafında öz rolunu oynayır. Belə mərasimlərin iştirakçıları Azərbaycan dilində
olan materiallarla tanış olur, bu dil haqqında məlumatlar əldə etmiş olurlar.
Dostları ilə paylaş: