olunmuşdur. Tarix kitablarında oğuzların Ön Asiyanın çox qədim tayfaları olduğu göstərilir.
“Kitabi-Dədə Qorqud” dastanları e.ə II əsrlərdən təşəkkül tapmış, VI-VIII əsrlərdə cilalanmış,
o dövrün ən mükəmməl dil nümunələrini özündə əks etdirən abidədir. VI əsrlərdə Ənuşirəvanın
saray kitabxanasında “Dədə Qorqud” boylarının olduğu barədə məlumat vardı (21, 56).
Yazılı ədəbi dilimizin
indiyə qədər XIII əsrdən başlandığı göstərilirdi. Son
tədqiqatlardan məlum olur ki, yazılı ədəbi dilimizin təşəkkül tarixi IX-XI əsrləri əhatə edir.
“Kitabi Dədə Qorqud” kimi kamil bir dil abidəsindən sonra bir neçə əsrdə boşluğun
olması əlbəttə ki, inandırıcı deyil. Vaxtilə Ə.Dəmirçizadə Həsənoğlunun şeir dilini nəzərdən
keçirərkən belə qənaətə gəlir ki, Həsənoğlunun qəzəlləri yazılı ədəbi dilimizin ilk nümunələri
deyil, neçə əsr əvvəldən başlamış və inkişaf yolunda olan bir ədəbi dilin nümunələridir.
Ə.Dəmirçizadə o dövrü belə təsvir edir: “Demək olar ki, azərbaycanlılar arasından çıxan və öz
dövrünə görə mükəmməl təhsil almış olan xüsusi ziyalılar təbəqəsi VIII-XI əsrlərdə artıq
təşəkkül tapmış, ərəbcə, farsca, hətta türki dildə-azərbaycanca yazan şair və alimlər yetişmişdi”
(14, 79). Elmi ədəbiyyatda şifahi və yazılı ədəbi dilin sərhədlərinin böyük olmadığı göstərilir.
“Şifahi yolla aparılan ümumiləşmə və normalaşma nəticəsində şifahi ədəbi dil yaranmış olur,
sonra isə məhz belə şifahi ədəbi dil yazıya köçürüldükdə onun üzərində bir az da yazı
tələblərinə uyğun əməliyyat aparılır, beləliklə də, ədəbi dil yazıda daha da sabitləşir və
qanuniləşir. Bununla da yazılı ədəbi dilin əsası qoyulmuş olur (14, 75-76). Sonra
Ə.Dəmirçizadə öz mülahizələrini yekunlaşdıraraq yazır: “Beləliklə, aydın olur ki, Azərbaycan
ədəbi dilinin şifahi qolu yazılı qolundan əvvəl təqribən VIII-X əsrlərdə formalaşmışdır”
(14,75).
Dostları ilə paylaş: