1992-ci il oktyabrın 22-də Milli
Məclisdə «
Azərbaycan Respublikasında dövlət dili haqqında» qanun qəbul edildi.
Heydər Əliyevin dövlət dilimizin “Azərbaycan dili” adlandırılmasında rolu. 80-ci
illərin sonu 90-cı illərin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatının gedişində ana
dilinin ictimai-siyasi nüfuzunun güclənməsi Heydər Əliyevin vaxtilə yürütdüyü siyasətin
bilavasitə nəticəsi idi. Lakin həmin illərdə başqa sahələrdə olduğu kimi, dil quruculuğu, dil
siyasəti, geniş mənada dil mədəniyyəti sahələrində də hədsiz volyuntarizmə, hərc-mərcliyə yol
verilirdi. N.Cəfərov bu dövrdə milli dillə bağlı məsələləri araşdırarkən göstərmişdir: «Xalq
Cəbhəsinin hakimiyyətdə olduğu zaman etnik-kulturoloji məsələlərlə bağlı buraxılan səhvlər
milli dilin (dövlət dilinin) nüfuzuna mənfi təsir göstərirdi. Yaxın dövrün tarixi varisliyi
gözlənilmədən ana dilinə (dövlət dilinə) münasibətdə kəskin sıçrayışlarla səciyyələnən, hər cür
əsasdan məhrum «tədbirlər» görülməsinə başlandı ki, həmin «tədbirlər» nəticə etibarilə
idarəolunmaz bir vəziyyətə çevrilib ana dilini (onun ictimai-siyasi nüfuzunu, normalarını,
funksional üslublarını…) bütövlükdə təhlükə altında qoydu» (7,70)
. Belə bir dövrdə
xalqın çağırışı, tarixin hökmü ilə Azərbaycanda yenidən hakimiyyətə
qayıtmış Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi
həyatın normalaşmasına, sabitləşməsinə nail oldu. Bu illərdə dil məsələləri də onun xüsusi
diqqəti altında idi. Müstəqil Azərbaycan dövlətinin yaradılması, təbii ki, beynəlxalq hüququn
bu yeni subyektinin dövlət dilinin təyini məsələsini də ortaya atdı.
Azərbaycan Respublikasının dövlət dilinin «Azərbaycan türkcəsi», «türk» və ya «Azərbaycan dili» adlandırılması ətrafında müəyyən mübahisələr getdi. Məsələnin ciddiliyini nəzərə alan dövlət
rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud
problemlərin həlli üçün kifayət qədər məhsuldar nəticələr verdi. Şübhəsiz ki, müstəqil
Azərbaycan dövlətinin beynəlxalq hüququn yeni subyekti kimi fəaliyyətində, milli dilə - dövlət
dilinə və ümumiyyətlə, ölkədə dil siyasətinə münasibətdə mühüm addımların atılmasına böyük
ehtiyac vardı. Belə bir ehtiyacın varlığını sübut edən faktlar çoxdur. Məsələn, 1992-ci ildə bir
sıra xarici ölkələrdə yeni yaranmış və beynəlxaq hüququn subyekti olan, dövlətlərarası
münasibətlərdə iştirak etməyə başlamış, keçmiş Sovetlər İttifaqından qopub ayrılmış müstəqil
dövlətlərin dillərinin ali məktəblərdə tədrisi və öyrənilməsinə başlanmışdı. Bu dillərin sırasında
Azərbaycan dili də vardı. Lakin “Azərbaycan dili” adının dəyişdirilib “türk dili” ilə əvəz
edilməsi bu işin dayandırılmasına gətirib çıxartdı. Xarici dövlətlərdə belə qənaətə gəlmişdilər
ki, madam Azərbaycan dilinin adı dəyişdirilib “türk dili” qoyulursa, deməli, bunlar eyni
dillərdir. Türkiyə dünyanın tanınmış və güclü dövlətlərindən biridir. Bu dövlətin dili dünyanın,
demək olar ki, əksər ölkələrində həm tədqiq olunur, həm öyrənilir, həm də tədris olunurdu.
Azərbaycan və Türkiyə dövlətlərinin dillərinin mənşəcə eyniliyinə baxmayaraq fərqli olması
dilin adından bəlli olmurdu. Ona görə də Azərbaycan dili xaricdə dövlət səviyyəsində yenidən
unudulan dillər sırasına düşmüşdü. Bu problem də öz çözümünü gözləyirdi. Müstəqillik
qazanmış Azərbaycan Respublikasının ilk Konstitutiyasının layihəsinə baxılarkən dövlət dili,
daha doğrusu dövlətin dilinin adı haqqında müddəa geniş müzakirə obyektinə çevrildi. Bu
məsələ yeni Konstitusiyanın layihəsini hazırlayan komissiyada, kütləvi informasiya
vasitələrində, müxtəlif elmi forumlarda, yığıncaqlarda, müəssisələrdə sərbəst və demokratik
şəkildə müzakirə olundu. Nəhayət, xalq