Şifahi
ədəbi dil- səsli nitq, yazılı ədəbi dil isə qrafik işarəlidir. Bu onların başlıca
fərqidir. Şifahi forma ilkindir. Yazılı formanın meydana gəlməsi üçün qrafik işarələrin
yaranması lazım idi. Bu qrafik işarələr səsli nitqin elementlərinin ötürülməsi üçün gərək idi.
Yazılı forması olmayan dillərin mövcudluğu üçün şifahi forma yeganə vasitədir.
Yazılı nitq adətən qiyabi şəkildə şəxsə müraciət olunur. Yazan öz oxucusunu xəyalən
təsəvvür edə bilir. Yazılı nitqə onu oxuyan şəxsin reaksiyası təsir edə bilmir.
Şifahi nitqdə isə
əksinə dinləyicinin, həmsöhbətin
mövcudluğu təsəvvür edilir, nəzərdə tutulur. Danışan və
dinləyici nəinki bir-birini eşidir, həm də görür. Buna görə şifahi nitq çox vaxt dinləyənin onu
necə qəbul etməsindən də asılı olur. Təqdir və ya inkar reaksiyası, dinləyicinin replikası, onun
təbəssümü və gülüşü nitqə təsir edə, reaksiyadan asılı olaraq onu dəyişdirə və ya kəsilməsinə
səbəb ola bilər. Danışan öz nitqini o andaca yerində yaradır.
O eyni zamanda məzmun və
forma üzərində işləyir. Yazılı nitq zamanı isə mətnin təkmilləşdirilməsi,
onun üzərində
düzəlişlər edilməsi mümkündür.
Beləliklə, ədəbi dilin yazılı və şifahi nitq formalarını üç parametrə görə fərqləndirmək
olar:
Parametrləri
Yazılı
forma
Şifahi forma
1.Realizə forması
Qrafik işarələnmiş;
normalara əməl olunur:
orfoqrafik, punktuasiya
Səsli;
orfoepik, intonasiya
normalarına əməl
olunur
2. Adresata münasibət
Bilavasitə təsiri olmadığı
üçün
adresata təsir etmir
Bilavasitə adresatın iştirakı
təsir edir
3. Formanın yaranması
Düzəliş, redaktə etmə
mümkündür
Spontan yaranır
Dostları ilə paylaş: