Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universiteti İnşaat texnalogiya fakultəsi Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrası Fənnin adı : Sənaye təhlükəsizliyi təhlekəsizliyi
Mövzu 4 : Kimya laboratoriyalarında və təcrübə qurğularında
təhlükəsizlik texnikası
Müəllim ( Mühazirəçi ) : t.e.n. dos. M.Q.Hümbətov
MÜHAZİRƏNİN PLANI 4.1 Kimya laboratoriyasının sanitar-texniki avadanlıqları və quruluşu (
qurğuları )
4.2 Laboratoriyalarda təhlükəsiz işin təşkilinin ümumi qaydaları
4.3 Yeyici,yanğın-partlayış törədici və kəskin zəhərli maddələrlə
təhlükəsiz iş
Bakı – 2021 MÖVZU 4 Kimya laboratoriyalarında və təcrübə qurğularında təhlükəsizlik texnikası 4.1 Kimya laboratoriyasının sanitar-texniki avadanlıqları və quruluşu ( qurğuları ) Kimya laboratoriyasının binası,otaqlari,planı və avadanlıqları tikinti normaları
vəqaydalarını tələblərinə cavab verməlidir.Eyni zamanda sənaye müəssələrinin
layihələndirilməsində sanitar normalara və kimya sənayesi qurğularının tikintisi
üzrə göstəricilərinə ( cavab verməlidir ) uyğun gəlməlidir
Partlayış,partlayış-yanğın təhlükəsinə və odadavamlılıq dərəcəsinə görə
laboratoriya binaları qüvvədə olan mövcud tələblər üzrə qəbul edilməlidir.Demək
olar ki bütün laboratoriyalar yanğın təhlükəsinə görə B, ”Elektrik qurğularının
yerləşməsi qaydasına görə B-1b kateqoriyasına aiddir.Odadavamlılığına görə
laboratoriya binası ən azı ikinci dərəcəyə malik olmalıdır.
A qrupuna – (partlayış-yanğına görə ) aşağıdakı binalar aiddir ;
1) yüngül alışan maddələr yığılan binalar
2)yanğın-partlayış təhlükəli maddələr istifade edilən qurğularda
3)partlayış işləri üçün otaqlar
4)avtoklavlar və yüksək təzyiq altında işləyən aparatlar olan otaqlar
5)hidrogensulfid otaqları