Mühazirə toplusu Azərbaycan Respublikası Təhsil Nazirliyi


Partlayış təhlükəli əmələgələnlərin aradan qaldırılması



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/101
tarix16.12.2023
ölçüsü5,01 Kb.
#181226
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   101
ST müh


Partlayış təhlükəli əmələgələnlərin aradan qaldırılması. 
...... Statistik məlumatlar (FHN ) göstərirki, ümumi qəzaların 50%-dən çoxu 
buxar qaz qarışığının partlayışından əmələ gəlir. Həm də bu partlayışlar əsasən 
çoxu bağlı aparatlarda və boru kəmərlərində baş verməklə, böyük dağıntılara səbəb 
olur. Ona görə də olduqca vacib amillərdən biri aparatlarda partlayış yaradan 
qazların əmələgəlmə səbəblərinin öyrənilməsi və onların aradan qaldırılması üzrə 
tədbirlərin görülməsi olduqca vacibdir. 
Bir çox böyüktonnajlı məhsulların alınması prosesi üzvi maddələrin 
oksidləşməsi yolu ilə aparılır. Belə proseslərə metanolun formaldehidə çevrilməsi, 


etilenin etilen oksidinə çevrilməsi, ammonyakın azor oksidinə çevrilməsi və s. 
aiddir. Belə oksidləşmə prosesində aparatlarda partlayış təhlükəli maddələr əmələ 
gəlir və olduqca təhlükəli qəzalar baş verir ( inisatorların iştirakı ilə ). 
Belə partlayışların qarşısının alınması üçün texnoloji prosesi elə şəraitdə 
aparırlar ki, partlayış törədici maddələrin miqdarı aşağı həddən az olsun, yaxud 
yuxarı partlayış həddi qatılığından yüksək olsun. 
Eyni zamanda elə tədbirlər görülür ki, aparatın daxilində alovlanma implusları 
olmasın, elektrik yükləri yaranmasın, öz-özünə alışan maddələr ( pirofor) əmələ 
gəlməsin. 
Aşağı alışma həddində prosesin aparılması olduqca çətindir. Çünki aşağı alışma 
həddi-qatılığı olduqca azdır. Ona görə də bağlı aparatlarda prosesləri alışma 
həddinin yuxarı qatılığında yüksək həddə aparırlar. Lakin burada prosesə əlavə 
komponentlər-fleqmatizatorlar qatırlar və onların iştirakı ilə qarışıq yanmayan olur. 
Fleqmatizatorlar inert komponent və yaxud inqibitorlar ola bilərlər. 
Inert komponentlər (istilik fleqmatizatorları ) birbaşa yanacaq maddə ilə 
oksidləşdiricinin işində iştirak etmir, alışma temperaturunu aşağı salır və alışma 
həddi qatılığına təsir edir. Inert komponentin əlavə edilməsi ( durulaşdırılması ) 
yanacaq maddə ilə oksidləşdirici qarışığının alışma qatılığını yaxınlaşdırır və inert 
komponentlə yanacaq maddənin elə qarışığı yaranır ki, bu həddə ( alovlanma 
həddinin “MİS”i yaranır ) alovlanma-partlayış yaranmır. ..... 
Inqibitor-fleqmatizatorlar əks halda katalizator təsiri yaradır, dəyişməyən 
temperaturda reaksiyanı əyləndirir........ 
Texnoloji proseslərin təhlükəsizliyini təmin etmək üçün yanacaq maddə ilə 
oksidləşdirici, eləcə də fleqmatizator qarışı nisbətləri aparatlarda avtomatik 
üsullarla tənzimlənməlidir....... İnert qazlar təhlükəsizlik vasitəsidir. 
.... İnert qazlar təkcə fleqmatizatorlar kimi deyil, onlar eyni zamanda partlayış və 
yanğının xəbərdarlıq vasitələridir. Müasir yanğın təhlükəli istehsalatlar-texnoloji 


proseslər inert qazlarsız fəaliyyət göstərə bilməz. Belə istehsal sahələrinin inert 
qazlarla təchiz edilməməsi, yaxud onun lazım olan yerə, əməli verilməməsi, lazimı 
dərəcədə təmizlənməməsi elə qəza halları yaradır ki, onların nəticəsini aradan 
qaldırmaq mümkün olmur. 
İnert qaz kimi adətən azotdan istifadə olunur ( təsadüfi hallarda arqon və 
yanacaqların yanma məhsullarından). 
..... N-un alınması, nəqli və s. 
İnert qazlar aşağıdakı hallarda istifadə olunur: 
-
aparat və kommunikasiyaların üfürülməsi prosesində, onların təmizlənməsi 
və təmiri nəticəsində saxlanıb buraxılmasında və s.; 
-
mayeləşdirilmiş qazların və yüngülyanan maddələrin “ neytrallaşmasında”; 
-
inert “ yastıq “ və inert “nəfəs “ yaradılmasında; 
-
çənlərdə yanacaq maddələr qalığı olan halda qaynaq işlərinin aparılmasında; 
-
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin