materialın, eləcə də alınan məhsulun keyfiyyət göstəriciləri dəqiq müəyyən edilir.
Bu göstəricilər elə seçilir ki, texnoloji prosesin stabilliyi
və təhlükəsizliyi təmin
edilsin. Onlardan kənaraçıxma həm prosesin normal getmesini pozur, həmdə onun
nəticəsi olaraq qəza vəziyyəti yaranır.
Qeyd edilən nümayişi üçün aşağıdakı misalı göstərək. Standarta əsasən
nitrolaşdırmaq üçün nəzərdə tutulan melanjın ( qatı HNO
3
+ 10% kuporos yağı
H
2
SO
4
qarışığı ) tərkibində közərdilmiş qalıq 0,1%-dən artıq olmamalıdır. Ondan
yüksək miqdarda avtomatlaşdırmanın işi çətinləşir, boru kəmərləri və həcmlərdə
çöküntülər
əmələ gəlir, onların təmizlənməsi isə ağır əmək tələb etməklə olduqca
zərərli və təhlükəli əməliyyatlar hesab olunur.
Xlorlaşdırma prosesində istifadə olunan təmiz xlor qorxulu və partlayış
təhlükəli deyil. Lakin onun tərkibində hidrogen qarışığı ( ~ 4%, həcmi ) olduqda o
partlayış təhlükəli olur.
Digər nümunə: standarta əsasən xlorun tərkibində nəmlik 0,06%-dən (həcmi)
artıq olmamalıdır. Ondan cox olduqda aparat və boru kəmərlərində korroziya artır,
FeCl
3
əmələ gəlir. Belə Cl-un həcmlərdə uzun zaman saxlanması olduqca
təhlükəlidir.
Krekinq prosesində qazların neft məhsullarının pirolizindən ayrılmasında (
əsas üzvi sintez üçün xammal ) olduqca təhlükəli sayılan azor oksididir.
Nitrobirləşmələr katalizatoru zəhərləyir. Sənayedə ( xüsusilə kimya sənayesində)
inert qazlardan istifadədə oksigenin miqdarına ciddi nəzarət edilir. Əks halda
olduqca təhlükəli partlayış yarana bilər.
Texnoloji prosesdə istifadə olunan suyun tərkibinə xüsusi tələblər qoyulur. Su
o tələblərə cavab vermədikdə onu qarışıqdan təmizləyirlər.
Onun təmizlənməsi
texnoloji prosesin təhlükəsiz aparılmasına şərait yaradır. Odatəhlükəli və toksiki
maddələrin az zərərli və aztəhlükəli maddələrlə əvəz olunması
Sənayedə zərərli toksiki və yanğın təhlükəli maddələri daha az təhlükəli
maddələrlə əvəzlənməsi üzrə işlər aparılır. Əvvəllər fetra istehsalında istifadə
olunan civə qələvi ilə, qurğuşun belili zink belili ilə, əzəvlənmişdir. Sənayenin
müxtəlif sahələrində istifadə olunan civə manometri membranlı manometrlə və s.
əvəz olunur... anilinboyaq istehsalında betanaftilaminin aradan götürülməsi
xərçəng xəstəliyi kimi peşə xəstəliyinin azalmasına səbəb olmuşdur.
Polietilen istehsalında ( aşağı təzyiqli ) əsas yuyucu məhlul kəskin zəhərli və
təhlükəli metanoldur. Onun BBh= 500mq\m
3
-dır. Onun izopropil spirti ilə əvəz
olunması ( BBH=200mq/m
3
). Əmək şəraitini yaxşılaşdırmağa, metanolla
zəhərlənmənin aradan qaldırılması, spirti regenerasiya etməyə şlamın azalmasına
və prosesi təhlükəsiz olmasına imkan verir.
Istehsal sahələrində istifadıə olunan katalizatorlar əksər hallarda zərərli və oddan
təhlükəli olurlar. Məs: əvvəllər fenolun alkilləşdirlməsi prosesində katalizator kimi
sulfat turşusundan istifadə olunurdu. Onun kation mübadiləsi qətranı ( KU-2 )ilə
əvəz olunması sulfat turşusu ilə yanıqalmanın aradan qaldırır
və prosesin
təhlükəsiz olmasını təmin edir.
Toksiki maddələrin zərərli təsiri gigiyenik standartlarda məhdudlaşdırılır.
Məsələn, standarta ( Qost 554-50 ) görə yanacaq kimi verilən qazın tərkibində
( 100m
3
-də qramla ) zərərli maddələr – N
2
S-2, NH
4
, CN (HCN-ə hesabla )-5,
qətran və toz 0,1-dən artıq olmamalıdır. Əks halda qaz təmizlənməlidir. Eləcə də
sulfat turşusunda arsen, benzində aromatik karbohidrogenlər, etil spirtində metanol
və furfurolun miqdarı məhdudlaşdırılır və s.
İşlənən ( emaledilən ) məhsulların aqreqat halı ( vəziyyəti
)
Bəzi müəssisələrdə (
xüsusilə kimya sənayesi müəssisələrində ) bərk maddələr əvvəlcədən məhlula,
suspenziya və ərintiyə çevrilir. Müəssisələrə daxil olan bərk maddələrin həll
edilməsi xüsusi qurğularda həyata keçirilir və burada xüsusi təhlükəsizlik tədbirləri
həyata keçirilməlidir.
Bəzi hallarda təhlükəsizliyi təmin etmək üçün geotexniki üsullardan istifadə
edirlər.
Bu üsul bərk maddələrin faydalı qazıntıların çıxarılması zamanı məhlula və ya
ərintiyə çevrilməklə sonradan müəssisələrə nəql edilməsini nəzərdə tutur. Məsələn,
yer altında olan natrium xloridi qaynar su yeritməklə həll edir,sonra boru kəmərləri
ilə elektroliz prosesinə və ya digər istifadə müəssisəsinə nəql edirlər.
Eləcə də kükürdü yeraltından çıxarmaq üçün 160-170
0
C qızdırılmış suyu
kükürdlü əhəngdaşına vurmaqla (çatlara və məsamələrə dolmaqla )
kükürd
əriyir.(112-119
0
C) və ərinti formasında qazıntı sahəsinə yığılır. Sonra təzyiq
altında hava vurmaqla kükürd səthə çıxarılır və toplanaraq istilik sistemi ilə təchiz
olunmuş sistemlərlə nəql olunur. Beləliklə həm kükürd 3-5 dəfə ucuz başa gəlir,
insanların yer altında olması aradan qalxır, proses səssiz və tüstüsüz,
eləcə də
təhlükəsiz həyata keçirilir. Bu həmdə ekoloji təhlükəsizliyi təmin edir.
Geotexniki üsulla daha bir çox digər proseslərin həyata keçirilməsi üzrə işlər
aparılır. Nəql zamanı toz yaranmasının qarşısını almaq üçün tozvarı maddələri
dənəvərləşdirir, pasta formasına keçirilir, dondurulur,
onlarla reaksiya girməyən
maddələrlə qarışdırılır və s.
Bütün bunlar texnoloji proseslərin təhlükəsiz aparılması üçün edilir.
Dostları ilə paylaş: