INSTITUTE OF LITERATURE NAMED AFTER NIZAMI GANJAVI OF ANAS
www.comp.lit.literature.az / / Müqayisəli ədəbiyyatşünaslıq 2021, № 1
30
duğundan, Azərbaycan mütəfəkkirləri M.F.Axundov, M.Ə.Sabir, C.Məmmədquluzadə, N.Nərima-
nov, H.Zərdabinin yaradıcılıqlarına böyük hörmətlə yanaşdığından bəhs etmişdir [4, s.334-335]. Mə-
qaləsinin sonunda Q.Tukayın Azərbaycan mətbuatı ilə sıx əlaqədə olduğuna xüsusi diqqət yetirmiş-
dir. Onun Azərbaycanın məşhur qəzetlərindən “Şərqi rus”, “İrşad”, “Həyat” kimi qəzetlərini, xüsusən
məşhur “Molla Nəsrəddin” satirik jurnalının daim izlədiyini qeyd etmişdir [4, s.335].
Professor P.Xəlilov bu məqaləsində Q.Tukayın M.Ə.Sabirin satirik yaradıcılığına xüsusi müna-
sibət bəslədiyindən, onadan bəhrələndiyindən, jurnalistlik fəaliyyətində “Molla Nəsrəddin”i örnək ki-
mi götürdüyündən bəhs etmişdir. Müəllif məqaləsini bu fikirlərlə yekunlaşdırmışdır: “Molla Nəsrəd-
din” və M.Ə.Sabir satirası Q.Tukay üçün örnək olmuşdur. Amma Tukayın jurnalist fəaliyyətini, sati-
ralarını yalnız ədəbi
təsirə bağlamaq, Tatarıstan ədəbi mühitini nəzərdən qaçırmaq, bu mühitdə boy
atan ədəbi qüvvələrə tarixən yanaşmamaq olmaz. Sabir və Tukay XX əsrdə ictimai-siyasi və ədəbi-
mədəni mühitin yetişdirdiyi, bir-birini tanıdıqca yaxınlaşan iki orijinal dühadır. Onların ədəbi irsi nə
qədər müştərək olsa da, bir o qədər fərdi hadisədir” [4, s.336].
Dostları ilə paylaş: