Fiziki tərbiyə.
Fiziki tərbiyə insanın sağlamlığını möhkəmlədən, şəxsiyyətin
fiziki və mənəvi-iradi keyfiyyətlərini inkişaf etdirən təsirlər sistemidir.
Fiziki tərbiyə
şəxsiyyətin ahəngdar inkişafının mühüm şərtini təşkil edir
. O,
əqli
və mənəvi inkişafa kömək edir: iradəni möhkəmlədir, insanda dözümlülük, intizam,
kollektivçilik, yoldaşlıq və dostluq kimi keyfiyyətlər tərbiyə edir. Fiziki tərbiyə insanı
əməyə
və Vətən müdafiəsinə hazırlayır. O,
estetik
tərbiyə ilə də sıx bağlıdır.
Fiziki tərbiyənin
məqsədi
fiziki cəhətdən sağlam, gümrah nəsil tərbiyə etmək-
109
dən, onları əməyə və fəal ictimai həyata hazırlamaqdan ibarətdir. Bu ümumi məqsədə
nail olmaq üçün fiziki tərbiyə qarşısında aşağıdakı konkret
vəzifələr
durur:
a) gənc nəslin normal fiziki inkişafını və sağlamlığını təmin etmək;
b) gənclərə həyat üçün zəruri olan bacarıq və vərdişlər (düzgün yeriş, qaçış,
tullanmaq, üzmək və s.) aşılamaq;
c) gənclərdə bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmağa tələbat ya-
ratmaq;
ç) iradi-mənəvi keyfiyyətlər (dözümlülük, çeviklik, cəldlik, qüvvə) tərbiyə etmək.
Fiziki tərbiyənin məzmunu
“Əməyə və müdafiəyə hazıram” (ƏMH) kompleksində
və bədən tərbiyəsi və idman proqramında öz əksini tapmışdır.
Məktəbdə fiziki tərbiyə müxtəlif vasitə və formalarla həyata keçirilir. Fiziki
tərbiyənin
vasitələrinə
fiziki təmrinlər, təbii və gigiyenik amillər daxildir.
Fiziki təmrinlərə
gimnastika, oyun, idman və turizm daxildir. Tələbəlik illərində
bunlara xüsusi yer ayırmaq lazımdır.
Fiziki tərbiyənin mühüm bir vasitəsi
təbii amillərdən
istifadə etməkdir. Təbii
amillər (günəş, hava, su) təbiətin sağlamlaşdırıcı qüvvələridir. İnsan orqanizminin təmiz
havaya (oksigenə), suya, günəş şüasına böyük ehtiyacı vardır.
Gigiyenik amillər
fiziki tərbiyə, sağlamlıq baxımından böyük əhəmiyyətə ma-
likdir. Gigiyenik amillərə qida, yuxu, istirahət, bədənə qulluq, normal mənzil və iş
şəraiti, rejim, rahat geyim və s. daxildir.
Sağlamlıq üçün
normal qida
vacib şərtdir. Yemək müəyyən hədd daxilində ol-
malıdır; həddən çox və az yemək zərərlidir. 1-ci hal piylənməyə, 2-ci hal isə qa-
nazlığına səbəb olur.
Normal yuxu
da sağlamlıq üçün mühüm şərtdir. O, yorğunluğu götürür, orqaniz-
min iş qabiliyyətini bərpa edir.
Gigiyenik amillər içərisində düzgün
gün rejimi
də böyük əhəmiyyətə malikdir.
Rejim insanın həyat tərzini nizama salan qaydaların məcmusudur. O, iş və istirahəti
tənzim edir, insanda intizamlılıq, səliqəlilik, dəqiqlik, təşkilatçılıq tərbiyə edir, müs-
bət adətlər yaradır, iradəni möhkəmləndirir.
Ailədə və məktəbdə
sanitar-gigiyenik
tələblərə ciddi əməl edilməlidir. Ailədə iş
otağı, məktəbdə dərs otaqları gigiyenik tələblərə (optimal həcmi, hava tutumu, işıq və
110
istilik rejimi, havasının dəyişilməsi, əşyaların yaş əsgi ilə silinməsi və s.) cavab
verməlidir.
Ali məktəbdə fiziki tərbiyənin təşkili formaları.
Fiziki tərbiyənin həyata keçi-
rilməsi səmərəli formalar seçib tətbiq etməyi tələb edir. Belə formalara bədən tərbiyə-
si məşğələləri, gün rejimində idman-sağlamlıq tədbirləri, fiziki tərbiyə üzrə auditori-
yadankənar tədbirlər daxildir.
Dostları ilə paylaş: |