qoriyalar daxildir. Pedaqoji
peşə borcu
cəmiyyətin müəllim qarşısında qoyduğu yük-
sək tələblər səviyyəsində işləməyi, bu sahədə məsuliyyət hissini nəzərdə tutur. Peşə
borcu və ləyaqəti müəllimin özünün və təmsil etdiyi kollektivin şərəfini və ləyaqətini
uca tutmaqda, ona ləkə gətirən əməllərdən çəkinməkdə ifadə olunur.
Pedaqoji etika tələbləri içərisində
ədalətlilik
müəllimin nüfuzuna, ünsiyyətinə
güclü təsir göstərir. Ədalətlilik müəllimi tələbə gözündə nə qədər yüksəldirsə, əda-
lətsizlik – bir o qədər alçaldır. Ədalətsizlik şəraitində normal
ünsiyyətdən söhbət
gedə bilməz.
Müəllim-tərbiyəçi
pedaqoji ünsiyyət mədəniyyətinə
yiyələnməli, tələbələrlə ün-
siyyət formasını daim təkmilləşdirməyə çalışmalıdır. Bunun üçün ünsiyyətin dəyişən
şəraitinə operativ bələdləşmək; ünsiyyət şəraitinə, tələbə qrupuna və tələbələrin fərdi
xüsusiyyətlərinə görə adekvat ünsiyyət vasitələrini
düzgün müəyyənləşdirmək;
tələbələrlə ünsiyyətdə neqativ ustanovka doğuran stereotipləri aradan qaldırmaq
vacibdir.
Müasir şəraitdə əməkdaşlıq pedaqoqikasının başlıca tələblərindən biri müəllim-
tələbə (şagird) münasibətlərinin humanistləşdirilməsi və demokratikləşdirilməsidir.
Müəllim-tərbiyəçi pedaqoji-peşə mədəniyyətinə yiyələnməklə öz işini müasir tələblər
səviyyəsində qura bilər.
Dostları ilə paylaş: