manizm, bərabərlik, ədalət üzərində qurulur. İnsana təlim-tərbiyə prosesinin fəal işti-
rakçısı – subyekti kimi baxılır; onun rəyi, arzuları, mövqeyi, tələbat və maraqları,
mənafeyi nəzərə alınır. Tələbələrin təşəbbüs və fəallığına geniş yer verilir.
Liberal uslub
– ünsiyyətdə səhlənkarlığa, laqeydliyə əsaslanan üslubdur: müəl-
lim heç nəyə qarışmır, fəallıq göstərmir, məsələlərə formal yanaşır, məsuliyyətdən
kənar olmağa çalışır. Bu isə normal pedaqoji ünsiyyətə və bütövlükdə təlim-tərbiyə
işinin keyfiyyətinə mənfi təsir göstərir.
Qeyd edilən ünsiyyət üslubları içərisində ən səmərəlisi demokratik üslubdur. Ali
məktəb müəllimi bu üsluba əsaslanmalıdır. Avtoritar və liberal ünsiyyət üslublarından
yaxa qurtarmaq üçün tələbələrlə münasibətləri yeni əsaslarda – əməkdaşlıq, xe-
yirxahlıq, hörmət və tələbkarlıq, qarşılıqlı inam, həssaslıq, ədalət, pedaqoji etika tə-
ləbləri
üzərində qurmaq, müəllim və tələbələri ayıran
psixoloji səddi,
şübhə və
etimadsızlığı, qeyri-səmimiliyi aradan qaldırmaq, bir sözlə, ünsiyyət mədəniyyətinə
yiyələnmək lazımdır.
Dostları ilə paylaş: