Windows əməliyyat sistemi



Yüklə 141,76 Kb.
Pdf görüntüsü
səhifə11/17
tarix21.12.2023
ölçüsü141,76 Kb.
#187499
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
windows emeliyyat sistemi

FAT (File Allocation 
Table) 
adlı faylların yerləşmə cədvəlində saxlanılır. Faylın bu ünvanı bu cədvələ iki baytlıq ədəd şəklində yazılır, yəni bu ünvanın 
yazılışı üçün cəmi 16 bit yaddaş sahəsi ayrılır. Ona görə də faylların yerləşmə cədvəli FAT16 şəklində yazılır və buna 
16 mərtəbəli fayl 
sistemi
də deyilir. FAT32-də isə ünvan üçün 4 baytlıq – yəni 32 bitlik yaddaş sahəsi ayrılır, bu isə diskdəki sahələrdən daha əlverişli 
istifadəyə imkan verir, belə ki, bitlərin sayı artdıqca ünvanların da sayı çox olur, bu halda klasterlərin həcmi də xeyli azalır. Doğrudan 
da, on altı mərtəbəli FAT16 sisteminə uyğun formatlaşdırılmış diskdə ən çoxu 2
16
sayda müxtəlif ünvan, yəni yalnız 2
16
sayda klaster ola 
bilər. Bundan fərqli olaraq 32 mərtəbəli 
FAT32 
sisteminə uyğun formatlaşdırılmış diskdə isə maksimum 2
32
sayda ünvan və deməli, 2
32
sayda klaster ola bilir. Ona görə də eyni diskdə birinci hal üçün hesablanan klasterlərin həcmi böyük, ikinci halda isə əksinə, kiçik olur 
və təbiidir ki, kiçik həcmli klasterlərdə istifadə olunmayan boş yerlərin həcmi də buna müvafiq olaraq xeyli dərəcədə azalır. Beləliklə, 
FAT32 fayl sistemi həcmi 32 Qb olan sərt disklərlə işləməyə imkan verir və həmçinin klasterlərin həcminin kiçik olması hesabına 
informasiyanın disklərdə daha kompakt yerləşməsi mümkün olur. 
Faylların yerləşmə cədvəlinin strukturu aşağıda təsvir olunub. Burada hər bir fayla 32 bayt uzunluqlu bir yazı uyğundur. Səkkiz 
sahədən ibarət olan bu yazının strukturu belədir: 
Sahə 
Ölçü (bayt) 
Sahənin təsviri 
1.

Fayl, kataloq və ya tomun (məntiqi diskin) adı 
2.

Fayl genişlənməsinin adı 
3.

Atributlar 
4.
10 
Ehtiyat sahə 
5.

Faylın dəyişmə vaxtı 
6.

Faylın dəyişmə tarixi 
7.

Faylın birinci klasterinin nömrəsi 
8.

Faylın ölçüsü 
Faylın adı 8 simvoldan az olarsa, onda sağdan boşluqlarla tamamlanır, çox olarsa, 6 simvol götürülür, ~ (tilda) işarəsi qoyulur 
və fayl nömrələnir. Məsələn, “informatica.doc” adı burada “inform~1.doc” kimi təsvir olunur. 
Adətən yeni ƏS yaradılarkən onun daha mükəmməl olması, daha asan idarə edilə bilməsi və bu kimi digər məsələlər diqqət 
mərkəzində olur. Bu baxımdan Windows XP əməliyyat sistemini elə sazlamaq olar ki, mühafizəsi nəzərdə tutulan bir sıra mühüm 
elementlərin başqaları tərəfindən təhlükəsiz istifadə olunması, o cümlədən kənar şəxslərin kompyuterdə fayl və qovluqları necə oxuması, 
yaratması, diskə yazıb saxlaması, ləğv etməsi və s. əməliyyatlara nəzarət etməyə imkan yaranar. Bu kimi vacib əməliyyatlar 
NTFS 
fayl 
sistemindən istifadə edildiyi zaman mümkün olur. NTFS fayl cədvəli xüsusi olaraq Windows NT ailəsindən olan ƏS-ləri üçün 
yaradılmışdır. Sərt diski NTFS sisteminə uyğun formatlaşdırmaq üçün kompyuterdə yalnız Windows 2000 və ya Windows XP ƏS-dən 
biri istifadə edilməlidir. 
NTFS sisteminin aşağıdakı üstünlükləri var: 

bu sistem fayllarla bağlı əməliyyatların daha yüksək sürətlə aparılmasını təmin edir; 

sərt disklə bağlı yaranan problemlər yaranan hallarda informasiyanın daha yaxşı bərpasını təmin edir; 

NTFS fayl sistemi çox böyük həcmli sərt disklərdə informasiyanı daha effektli və daha qənaətlə yerləşdirir; 

bu fayl sistemi təhlükəsizliklə əlaqədar olaraq fayllara giriş əməliyyatını məhdudlaşdırmağa imkan verir;

NTFS fayl sistemi verilənlərin sıxlaşdırılmasına imkan verir. Bu əməliyyat bir qayda olaraq yaddaş sahəsindən daha optimal 
istifadə etmək məqsədi daşıyır. 

Yüklə 141,76 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin