Windows əməliyyat sistemi



Yüklə 141,76 Kb.
Pdf görüntüsü
səhifə2/17
tarix21.12.2023
ölçüsü141,76 Kb.
#187499
1   2   3   4   5   6   7   8   9   ...   17
windows emeliyyat sistemi

1985
-ci ildə 
Windows 1.0 
adı ilə buraxılmışdı. Bu sistem IBM PC AT 286 
mikroprosessorlu kompyuterlər üçün nəzərdə tutulmuşdu və diskdə 2 Mbaytdan bir az artıq yaddaş sahəsi tuturdu. Windows 1.0 ilə eyni 
vaxtda bu sistemdə işləyən kalkulyator, saat, təqvim kimi bəzi utilitlər, Microsoft Paint qrafik redaktoru, Notepad – sadə mətn redaktoru 
və buna nisbətən daha mükəmməl olan Microsoft Write mətn redaktoru da yaradılmışdı. Bu sistem müstəqil ƏS deyildi, sadəcə MS-
DOS üzərində qurulmuş örtük idi. 
Microsoft firması 
1987
-ci ilin oktyabrında sistemin 
Windows 2.0 
versiyasını buraxdı. Bu sistem əslində Windows 1.0-ın 
təkmilləşdirilmiş versiyası idi. Bu versiyada qurğularla bağlı (məsələn, yeni yaradılmış VGA standartlarına uyğun videokart, böyük 
həcmli sərt disklər, modemlər) proqram təminatı gücləndirilmişdi. Sistem IBM PC AT 386 kompyuterləri üçün nəzərdə tutulmuşdu
bununla yanaşı əvvəlki maşınlarda da normal işləyirdi. Windows 2.0 ƏS üçün Microsoft Excel cədvəl prosessoru və Word 1.0 mətn 
prosessoru işlənib hazırlanır. 80286 mikroprosessorlu kompyuterlər üçün hazırlanan Windows versiyası istifadəçilərə genişləndirilmiş 
yaddaşdan istifadə etməyə, 80386 mikroprosessorlu kompyuterlər üçün hazırlanmış Windows versiyası isə çoxməsələliyə imkan 
vermişdir.
1990
-cı ilin may ayında MS-DOS ƏS-nin qrafik örtüyü olan 
Windows 3.0 
versiyası meydana gəlir. Bu versiya istifadəçilər 
arasında ilk mükəmməl 16 mərtəbəli sistem kimi öz təsdiqini tapır. Windows 3.0 nəinki qrafik interfeysə, həmçinin çoxməsələlik 
rejiminə də malik olmuşdur. Bu sistem IBM 386 kompyuterləri üçün nəzərdə tutulmuş və əvvəlki sistemlərdən Windows 3.1-ə keçid 
variantı kimi qəbul edilmişdi. Windows 3.0 sistemində işləyə biləcək proqramların sayı xeyli çoxaldı. Belə ki, Notepad və WordPad 
mətn redaktorları, Paintbrush qrafiki redaktoru, şəbəkədə məsafədən (uzaqdan) idarəetmə vasitələri və başqa bir çox utilitlərlə yanaşı bir 
sıra müəyyən oyun proqramları da Windows 3.0 sisteminə daxil edildi. 
Bu müsbət keyfiyyətlərinə baxmayaraq Windows 3.0 ƏS-nin işləmə etibarlılığı çox da böyük deyildi. Bu mənfi cəhət 

Yüklə 141,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin