Ġssn 2222-7849 azərbaycan mġLLĠ elmlər akademġyasi



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə12/118
tarix30.12.2021
ölçüsü1,23 Mb.
#18431
1   ...   8   9   10   11   12   13   14   15   ...   118
 NƏTICƏLƏR VƏ MÜZAKIRƏLƏR 
 
         T.  eichleri  növünün  çınqıllı-daşlı,  quru  yamaclarda  inkişafı 
onun  ekstremal  iqlim  şəraitinə  uyğunlaşmasını  göstərir.  Təbiətdə 
iqlim  şəraitindən  asılı  olaraq  aprel  ayının  ikinci  ongünlüyündən 
başlayaraq may ayının əvvəlinə kimi 19-20 gün ərzində çiçəkləyir. 
Əlverişsiz  yağmurlu  hava  şəraitində  bitkinin  qönçələmə  fazası 
uzanır,  çiçəkləməsi  isə  aprel  ayının  sonundan  may  ayının  ikinci 
ongünlüyünə  qədər  davam  edir.  Təbiətdə  vegetasiya  dövrü  120 
gündür. May  ayının sonunda üç taylı  qutucuq  meyvəsində toxum 
əmələ  gəlir.  Toxumlar  tam  yetişdikdə  qutucuq  uc  hissədən  üç 
hissəyə bölünərək açılır və toxumlar külək vasitəsilə ətrafa yayılır. 
Təbii şəraitdə T. eichleri yalnız toxumla çoxalır.   
Bitkinin  5-6  qramlıq  yumurtaşəkilli  soğanaqları  1,5-2  sm  diametrində  olub,  xaricdən  boz-
qonur  rəngli,  dərişəkilli  pulcuqlarla  örtülüdür.  Torpaqda  50-60  sm  dərinlikdə  bitir.  Bitkinin 
gövdəsinin hündürlüyü 35-40 sm-dir. 3-4 ədəd açıq yaşıl rəngli, lansetvari yarpaqlarının uzunluğu 
8-20 sm, eni 3 sm-dir. 1 ədəd müntəzəm kasa və ya qədəhəbənzər çiçəyi qızılı-qırmızı rəngdə olub, 
6  ellipsvari  çiçəkyanlığı  ləçəklərindən  ibarətdir.  Xarici  ləçəkləri  (4,7х2,9  sm)  uzunsov  ellipsvari 
formalı,  uc  hissəsi  bölümlüdür,  itikənarlı  daxili  ləçəkləri  isə  (4,2х2,6  sm)  uzunsov  lansetvaridir. 
Çiçəkyanlığının  ləçəklərinin  icəri  tərəfində  tacşəkilli  və  ya  üç  zirvəli,  sarı  haşiyəli  1,7х0,8  sm 
ölçüdə qara ləkə vardır. Xarici ləçəklərin icəri tərəfində uzununa 1mm enində qızılı-sarı rəngli ensiz 
zolaq ləçəyin qaidəsində yaşılımtıl sarı rəngli haşiyəyə keçir. Bozumtul-qəhvəyi rəngli 6 erkəkciyin 
1,5-2  sm  uzunluqda  qara,  bəzən  sarı  rəngli  erkəkcik  sapı  boz-qəhvəyi  rəngli  tozluqla  tamamlanır. 
Dişicik  sütuncuğu  1,5  sm  uzunluqda  olub,  üçtilli  ağızcığı  vardır.  Erkəkcik-lər  ləçəklərdən  2  dəfə 


qısadır.  Sarı  rəngli  üçtaylı  qutucuq  meyvəsində  0,6-0,8  sm  diametrində  90-105  dairəvi  toxumlar 
olur. 1000 ədəd toxumun quru çəkisi 4,8 qramdır. 
Qeofit bitkilər qrupuna aid olan T. eichleri növünün həyat tsikli iqlim şəraitinə uyğunlaşmış 
qısa  müddətli  vegetasiya  dövründən  ibarət  olub,  təkamül  prosesində  genomda  möhkəmlən-
dirilmişdir.  Erkən  yazda  sürətiə  inkişaf  edən  bitkinin  vegetasiyası  yayın  isti  günlərinə  qədər  başa 
çatır. T. eichleri soğanağı 1 örtük və 2-3 ehtiyat pulcuğundan ibarətdir. Ana soğanaqda aprel ayının 
ortalarından  başlayaraq  may  ayının  əvvəlinə  kimi  örtük  və  ehtiyat  pulcuqlarının  arasındakı 
bərpaedici  tumurcuqda  əvəzedici  soğanaqların  rüşeymi  əmələ  gəlir.  Tədqiqat  göstərir  ki,  yalnız 
soğanağın  mərkəzi  pulcuqlarının  arasındakı  əvəzedici  soğanaqların  inkişafı  sonradan  davam  edir. 
Yay  dinclik  dövründə  bitkinin  yerüstü  hissəsi  quruduqdan  sonra  soğanaqlarda  monokarpik  zoğun 
orqanlarının formalaşması prosesi gedir. Bu zaman soğanaqların inkişafında işıq və rütubətdən daha 
şox temperatur amili xüsusi rol oynayır. Məhz aşağı temperaturun təsiri altında qış dinclik dövründə 
soğanaqda gələcək orqanların differensiasiyası başa çatır. 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin