Ġssn 2222-7849 azərbaycan mġLLĠ elmlər akademġyasi



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə13/118
tarix30.12.2021
ölçüsü1,23 Mb.
#18431
1   ...   9   10   11   12   13   14   15   16   ...   118
        Eyxler  dağlaləsi  təbiətdə  taxıllı-müxtəlifotlu  orta  dağ  bozqır  formasiyasında  adi  qaratikan 
(Palliurus  spina-christi  Mill.),  soviç  soğanı  (Allium  szovitsi  Regel),  qafqaz  gəvəni  (Astragalus 
caucasicus L.), qafqaz kəklikotu (Thymus caucasicus L.), ətirli gülülcə (Lathyrus odoratus L.), adi 
quşəppəyi  (Capsella  bursa  pastoris  L.),  qızılı  qozqurab  (Bongardia  chrysogonum  L.),  yabanı 
sünbülçiçək (Bellevalia macrobotrys Boiss.),  tükcüklü şiyav (Stipa pellita L.)  və digər bitkilərlə 
qruplaşmada  bitir.  Müşahidələr  göstərir  ki,  edifikator  bitki  olan  yabanı  sünbülçiçəyin  (Bellevalia 
macrobotrys  Boiss.)  soğanaqları  eyxler  dağlaləsinin  soğanaqları  ilə  eyni  dərinlikdə  (50  -  70  см) 
yerləşir. 
        Tədqiqat apalılan coğrafi relyefin orta mövqeli ərazisində bu nadir  növə daha çox yamacların 
yuxarı  hissəsində,  nadir  hallarda  yol  kənarında  təsadüf  edilir.  Şamaxı  rayonunda  Mərzəndiyyə 
kəndindən 2 km aralı dağ yamacında 2004-2011-ci illər ərzində aparılan monitoring nəticəsində T. 
eichleri  növünün  ayrı-ayrı  fərdlərinin  morfometrik  ölçülərinin  fərqləndiyi  müşahidə  olunmuşdur. 
Ərazinin torpaq örtüyü boz-qonur tipli olub, orta  rütubətliliyi 25,9±3,72 %-dir. Taxıl  bitkiləri  ilə 
rəqabət  şəraitində  əkin  sahəsinin  müxtəlif  hissəsində  təyin  edilmiş  sınaq  sahələrində  bitkilərin 
gövdəsinin  hündürlüyü,  yarpaqlarının  eni  və  uzunluğu,  çiçəyinin  hündürlüyü,  daxili  və  xarici 
ləçəklərinin uzunluğu ölçulərək müqayisəli şəkildə təhlil olunmuşdur (cədvəl 1).  
Cədvəl 1 
T. eichleri  növünün generativ fərdlərinin morfometrik səciyəsi 
(Şamaxı rayonu,  Mərzəndiyə kəndi) 
 
Göstərici (sm) 


-li sınaq sahəsi 


-li sınaq sahəsi 


-li sınaq sahəsi 
Bitkinin hündürlüyü 
17.3±0.80 
15.5±0.70 
13.6±0.50 
Yarpaqların sayı 



Yarpaqların uzunluğu  
10.5±0.42 
8.1±0.30 
6.8±0.14 
Yarpaqların eni 
3.6±0,11 
2.7±0.20 
2.5±0.18 
Çiçəyin hündürlüyü 
-
 
daxili ləçək 
-
 
xarici ləçək 
6.3± 0.47 
5.2х4.1 
5.3х4.3 
5.1± 0.31 
4.6х2.4 
4.8х2.8 
4.6±0.20 
3.7х2.8 
4.1х3.4 
 
        Cədvəldən  göründüyü  kimi  1  №-li  sınaq  sahəsində  əkin  sahəsindən  kənarda,    yamacda 
yerləşən  bitkilər  antropogen  təsirə  nisbətən  az  məruz  qaldığlna  görə  çiçək  tacının,  gövdəsinin 
hündürlüyünün,  yarpaqların  uzunluğunun  morfometrik  göstəriciləri  nisbətən  yüksəkdir.  2  №-li 
sınaq  sahəsindəki  göstəricilərin  azalması  əkin  sahəsinin  kənarındakı  bitkilərin  əhalinin  təsərrüfat 
fəaliyyəti zamanı ciddi təzyiqə məruz qalaraq bir qədər zəif inkişaf etdiyini göstərir. Otlaq və biçin 
üçün  istifadə  edilən  3  №-li  sınaq  sahəsində  təsadüf  olunan  bitkilər  isə  vegetativ  orqanları-nın 
ölçülərinin nisbətən kiçik olması ilə fərqlənir. T. eichleri növünün ayrı-ayrı fərdlərində yarpaqların 
uzunluğu 7,5 sm-dən 22,5 sm-ə qədər, eni 1,3-dən 4.1-ə qədər dəyişir. Bitkilərin hündürlüyü 13 sm-
dən 24.5 sm-ə qədər dəyişir. Nadir hallarda 32-36 sm hündürlükdə fərdlərə təsadüf ediir.  


        Monitorinq  zamanı  antropogen  amilin  gücləndiyi  sahələrdə  populyasiya  daxili  növmüxtəlif-
liyinin azalmağa doğru meylliliyi aşkar edilmişdir. Mərzəndiyə kəndi yaxınlığındakı populya-siyada 
eyxler  dağlaləsinin  çiçəyinin  rəngi  qızılı  zolaqlı  açıq  qırmızı  rəngli  olduğu  halda,  Cəyirli  kəndi 
yaxınlığında  bitkinin  al  qırmızı  rəngli  çiçəklərində  qızılı  zolaq  müşahidə  olunmur.  Burada-kı 
bitkilərin çiçəyinin diametri nisbətən iri olub, 4,5-6,2 sm arasında dəyişir. Növün yarpaqlarının uc 
hissəsi bəzi fərdlərdə tükcüklü, digərlərində hamardır. Çiçəklərinin daxili ləçəklərinin kənarı əsasən 
ellipsvari  olsa  da,  əkin  sahəsində  itikənarlı  daxili  ləçəkləri  olan  növmüxtəlifliklərinə  rast  gəlmək 
olur. Çiçək tacinda ləçəklərin qaidəsində olan sarı haşiyənin rəngi bozumtul qaraya qədər dəyişilir. 
Toxunulmayan  yamaclarla  müqayisədə  antropogen  təsir  altında  olan  sahələrdə  növmüxtəlifliyinin 
və  bitkilərin  sayının  ildən  ilə  azalması  populyasiyanın  davamlılığına  güclü  təsir  göstərir.  Eyni 
zamanda  ontogenezin  yetkinlik  həddinə  çatmamış  fərdlərin  otarma  zamanı  məhv  edilməsi, 
generativ  fərdlərin  isə  çiçəkləmə  dövründə  toplanması  populyasiyanın  özunubərpa  qabiliyyətini 
zəiflədir, bitkilərin habitusunda müəyyən dəyişikliklərə səbəb olur (cədvəl 2). 
           
Cədvəl 2 
T. eichleri  növünün müşahidə illəri üzrə inkişaf göstəriciləri 
(Şamaxı rayonu,  Mərzəndiyə kəndi)       

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin