Ġssn 2222-7849 azərbaycan mġLLĠ elmlər akademġyasi



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə14/118
tarix30.12.2021
ölçüsü1,23 Mb.
#18431
1   ...   10   11   12   13   14   15   16   17   ...   118
                                                                                                                                
 
Müşahidə 
illəri 
Gövdəsinin 
hündürlüyü, 
Sm 
Yarpaq, 
sm 
Çiçəkyanlığı ləçəkləri, sm  Erkəkciyin 
uzunluğu, 
sm 
Qutucuğun 
hündürlüyü
sm 
daxili 
xarici 
2007 
15.5 
12.5х3.1 
5х3.1 
5.1х3. 3 
1.3 
3.5 
2008 
15.2 
12.3х2.8 
4.6х2.4 
4.7х2.9 
1.1 
3.3 
2009 
14.3 
11.6х2.6 
4.3х2.1 
4.6х2.6 
0.8 
3.0 
2010 
13.9 
8.6х2.5 
4.2х2.6 
4.8х3.1 
0.8 
2.9 
2011 
13.6 
6.8х2.5 
3.7х2.8 
4.1х3.4 
0.7 
2.8 
 
        Cədvəldə  göstərildiyi  kimi  son  beş  illik  müşahidələr  zamanı  öyrənilən  ərazidə  daha  çox 
antropogen  təsirə  məruz  qalan  bitki  qruplaşmasında  T.  eichleri    növünün  vegetativ  orqanlarının 
ölçüləri ildən-ilə azalmışdır. Bitkilərin gövdəsinin hündürlüyü, yarpaqlarının uzunluğu, çiçəkyanlığı 
ləçəklərinin, erkəkciklərin, qutucuğun uzunluğu əvvəlki illərlə müqayisədə nisbətən aşağıdır. Eyni 
zamanda  populyasiya  daxili  növmüxtəlifliyinin  azalması  da  müşahidə  olunur.  İnsanın  təsərrüfat 
fəaliyyətinin  təsiri    gücləndikcə  populyasiyada  bitkilərin  normal  inkişafı  zəifləyir,  toxum 
məhsuldarlığı aşağı düşür. Bəzi fərdlərdə mutasiya halları, yəni ləçəklərin sayının artması, vegetativ 
orqanların  anormal  inkişafı  müşahidə  olunur.  Coğrafi  landşaftın  təsərrüfat  məqsədləri  üçün 
istifadəsi nəticəsində çox sürətlə dəyişməsi bitkilərin şəraitə adapta-siya imkanlarını xeyli zəiflədir. 
Müşahidələr  və  təcrübə  göstərir  ki,  ontogenezin  bütün  mərhələlərinin  təmsil  olunduğu 
populyasiyalar  daha  davamlıdır  [7].  Vegetativ  fərdlərin  antropogen  təzyiq  altında  sıradan  çıxması 
növün özünübərpa qabiliyyyətinin aşağı düşməsinə səbəb olur.       
        Nəsli kəsilməkdə olan T. eichleri  Şahdağ Milli Parkının ərazisində yayılsa da tədqiqat göstərir 
ki, nadir növlərin qorunması  barədə əhalinin kifayət qədər məlumatı olmadığından ot biçini,  mal-
qaranın otarılması zamanı., texnogen amillərin təsiri altında və yaxud sadəcə, çiçəklərinin nəzarətsiz 
toplanması  nəticəsində ciddi təhlükə altındadır.  Ətraf Mühitin  Mühafizəsi üzrə  Beynəlxalq İttifaq 
tərəfindən  təhlükə  altında  olan  növlərin  ―Qırmızı  siyahısı‖nın  (Red  List  of  Threatened  Species) 
2001-ci 
ildə 
müəyyəm 
edilmiş 
sonuncu 
versiyasına 
əsasən 
növün 
kateqoriyası 
müəyyənləşdirilərkən aşağıdakı məlumatlar nəzərə alınmışdır: 
          T. eichleri – Eyxler dağlaləsi  Statusu: EN B2 ab (iii, v) 
             Endemliyi: Şərqi Qafqaz (Azərbaycan) endemi, lokalitet 3 
 
             Yayılması: Şamaxı rayonu Şəhriyar, Mədrəsə qəsəbələri, Mərzəndiyə, Çarhan kəndləri, 
                               Qobustan rayonu Cəyirli, Ərəbşalbaşı, Təklə, Bəklə, Xilmili kəndləri, 
                               Xilədağda, Gicəki dağı, Dəvəçi rayonu Taxtalar və Dağbilici kəndlərinin 
                               ərazisində dağ yamaclarında, əkin sahələri, otlaq və biçənəklər 


             Populyasiyanın vəziyyəti: Məhv olma təhlükəsi qarşısındadır. 
             Təhlükə amili: Əkin sahələrinin şümlanması, otlağın tapdanması, çiçəklərin toplanması.                            
        Mədəni  şəraitdə  təcrübə  sahəsində  artırılmış  eyxler  dağlaləsi  növündən  9  bitki  2006-cı  ildə 
Mərzəndiyə  kəndinin  yaxınlığında  sayı  tükənməkdə  olan  əraziyə  köçürülmüşdür.  Müşahidələr 
göstərir  ki,  bitkilər  normal  inkişaf  edərək  çiçəkləyir  və  toxum  verərək  özünübərpa  qabiliyyətinə 
malikdir.  İntroduksiya  şəraitində  artırılan  növlərin  sayının  bərpa  edilməsi  üçün  tükənməkdə 
olduqları  ərazilərə  köçürülməsi  nadir  bitkilərin  qorunub  saxlanmasında  ən  effektiv  üsullardan 
biridir.    Tədqiqat  nəticəsində  bitkinin  qorunması  məqsədilə  əkin  sahələrinin  kənarında,  otlaq  və 
biçin  sahələrində  xəbərdarlıq  işarələrinin  qoyulması,  mikroyasaqlıqların  yaradılması  təklif 
edilmişdir. 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin