MATERĠAL VƏ METODLAR Yeni toplanılmış və AMEA Botanika İnstitutunun mikoloji herbarisində meşə ağaclarından toplanaraq
saxlanılan herbari nüsxələri araşdırılmışdır. Klassik metodika üzrə hazırlanmış preparatlar işıq
mikroskopunda (Motic digital microscope) izlənilmiş, nümunələrin növ tərkibi müəyyənləşdirilmişdir.
Növlərin təyinatında müasir taksonomik, nomenklatur dəyişikliklər nəzərə alınmışdır (Cədvəl) və sahib
bitki qrupları müasir taksonomik yanaşmalara görə müəyyən edilmişdir [13, 14, 15].