NƏTĠCƏLƏR VƏ MÜZAKĠRƏ Materialların araşdırılması göstərir ki, Azərbaycanda meşə ağacları üzərində yayılan unlu şeh
göbələkləri üç teleomorf cinsə (Erysiphe R. Hedw., ex DC., Phyllactinia, Sawadaea Miyabe) və bir
anamorf cinsə (Oidium) aid 18 növ və iki növdaxili taksonla təmsil olunmuşdur. Bunlardan Erysiphe cinsinə 7 növ və bir növdaxili takson (E. adunca var. adunca; E. alphitoides; E. australiana; E. fraxinicola; E. hypophylla; E. platani; E. ulmi var. ulmi; E. ulmi var. ulmi-foliaceae), Oidium cinsinə
3 növ (O. aceris, O. alphitoides, O. obductum), Phyllactinia cinsinə7 növ və bir növdaxil takson (Ph. alnicola; Ph. angulata var. angulata; Ph. angulata var. ulmi; Ph. carpini; Ph. fraxini; Ph. guttata; Ph. orbicularis; Ph. roboris) və Sawadaea cinsinə 2 növ (S. bicornis; S. tulasnei) daxildir. Qeyd edək ki,
palıd üzərində təsadüf edilən Oidium Link cinsinə aid O. obductum Ellis. & Langl. şübhəli növ hesab
edilir [14].
Aparılan müşahidələr göstərir ki, bunlardan ən zərərli olanı və geniş yayılanı bütün yaş qrupundan
olan palıdları, eləcə də şabalıdı (Castanea sativa) yoluxduran E. alphitoides növüdür.
Yoluxdurucunun vegetasiya müddəti may ayından başlayaraq noyabrın sonuna kimi davam edir [6].
Bizim aşdırmalarda da həmin vegetasiya müddəti müşahidə edilmişdir. Unlu şeh göbələyi ilə yoluxma
nəticəsində yarpaqlar quruyur və vaxtından əvvəl tökülür. Əvvəllər bu xəstəlik yalnız cavan və yeni
əkilmiş ağacların xəstəliyi hesab olunurdu. Lakin tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki,
xəstəliyə təkcə cavan ağaclar deyil, yaşlı ağaclar da tutulur. E. Hüseynova görə sahib bitki-göbələk
arasındakı uzun müddətli qarşılıqlı əlaqə yoluxdurucunun yeni, daha güclü virulent xüsusiyyətlər
qazanmasına gətirib çıxarmışdır [5]. Yaşlı ağaclarda bu xəstəlik müxtəlif ekoloji faktorlardan
(quraqlıq, qış şaxtaları və s.) asılı olaraq ağacın asanlıqla dağılmasına və aşmasına səbəb olur [16].
Xəstəliyin inkişafına ətraf mühitin temperaturu, rütubət, sahib bitkinin özünün bitmə xüsusiyyətləri
təsir göstərir. Ağacların yoluxma dərəcəsi onların bir-birinə nisbətən yaxın bitmə məsafəsindən də
asılıdır. Belə ki, daha sıx bitən palıd ağaclarının xəstəliyə davamlılığı daha güclü olur. Çünki bir-
birindən uzaq məsafədə bitən ağacların daha yaxşı işıqlanması və istilik alması göbələyin inkişafına
müsbət təsir göstərir. E. alphitoides ilə ilkin yoluxma askosporlarla olur. Oidium alphitoides (Syn: O. dubium Jacz.) göbələyin anamorf mərhələsidir. E. hypophylla (Syn: Microsphaera hypophylla Nevod.) palıd üzərində parazitlik edir, lakin E. alphitoides növünə nisbətən daha az zərərli hesab
olunur.
Respublika ərazisində meşə ağaclarından palıd, göyrüş, vələs və qarağac üzərində parazitlik edən
unlu şeh göbələklərindən Phyllactinia cinsinin nüməyəndələrinə tez-tez rast gəlinir. Bunlardan ən
geniş yayılanı Ph. guttata, Ph. fraxini və Ph. roboris növləridir. Phyllactinia cinsinin vegetasiya