AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
19
ayından noyabr ayına kimi davam edir. Lakin bu göbələklərin ən çox rast gəlmə vaxtı iyun-oktyabr
aralığında olur. Meşə ağaclarını yoluxduran
Erysiphe cinsinin nüməyəndələrinə aranda may ayından
başlayaraq rast gəlinir. Noyabr ayından etibarən onların miqdarı azalmağa başlayır ki, bu da təbiətdə
xəzan dövrü ilə əlaqədardır.
Oidium cinsinin respublika ərazisində meşə ağaclarından palıd üzərində
yayılan
O. alphitoides və ağcaqayını yoluxduran
O. aceris növlərinin daha çox rast gəlindiyi vaxt
iyulun ikinci dekadasından sonradır. Bu cins
Sawadaea bicornis göbələyinin anamorf mərhələsidir.
Respublika ərazisində ağcaqayın cinsinin müxtəlif növlərini yoluxduran
Sawadaea cinsinin növlərinə
(
S. bicornis və
S. tulasnei) iyul ayından başlayaraq rast gəlinir.
Unlu şeh göbələklərinin yoluxdurduğu sahib bitki sırasının araşdırılması göstərir ki, bu göbələklər
daha çox Fabidlər qrupuna daxil olan Fagaceae fəsiləsi nümayəndələrində geniş yayılmışdır (Cədvəl).
Belə ki, digərləri ilə müqayisədə yeddi göbələk növünün yoluxdurduğu bitkilər məhz bu fəsiləyə
aiddir. Fabidlər qrupuna aid Betulaceae fəsiləsin iki cinslə təmsil olunan növləri unlu şeh
göbələklərinin üç növü üçün, bir cinslə təmsil olunan Ulmaceae fəsiləsinin növləri isə bu göbələklərin
bir növü və iki növdaxili taksonu üçün sahib bitki rolunu oynayır. Cədvəldən göründüyü kimi, daha
çox sayda sahib bitki növləri Fabidlər qrupunda təmsil olunmuşdur. Eudiokotlar qrupuna daxil olan
Platanaceae, Fabidlər qrupuna daxil olan Salicaceae və Malvidlər qrupuna daxil olan Lythraceae
fəsilələrinin hər birinə aid yalnız bir bitki növü üzərində səciyyəvi unlu şeh göbələk növü qeydə
alınmışdır. Malvidlər qrupu unlu şeh göbələkləri üçün sahib bitki sırası kimi ikinci yerdə durur. Bu
qrup hər birində bir cins olmaqla iki fəsilə ilə təmsil olunur. Bu fəsilələrdən yalnız Sapindaceae
fəsiləsinə daxil olan
Acer cinsi üzərində üç unlu şeh göbələk növü müşahidə edilmişdir. Beləliklə,
respublika ərazisində unlu şeh göbələkləri dörd sahib bitki qrupuna aid 8 fəsilə, 11 cins, 23 növlə
təmsil olunan meşə ağaclarında aşkar edilmişdir. Bunlardan
Quercus (5) və
Acer (6) cinsləırinin
nümayəndələri unlu şeh göbələklərinə daha həssasdırlar.
Yeni toplanılan və herbaridə saxlanılan nüsxələrin araşdırılması nəticəsində respublika ərazisinin
müxtəlif regionları üzrə unlu şeh göbələklərinin yayılması tədqiq olunmuşdur. Tədqiqat nəticəsi kimi
aşağıda verilən sıralama tərtib edilmişdir.
Azərbaycanın fiziki-coğrafi rayonları üzrə unlu şeh göbələklərinin yayılması.
Dostları ilə paylaş: