Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi


AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə267/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   263   264   265   266   267   268   269   270   ...   339
AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
 
 
 
150 
 
Cd
2+
 ĠONLARININ STRESĠ ZAMANI DƏRMAN BĠTKĠ EKSTRAKTLARI ĠLƏ 
XLOROFĠLLƏRĠN MÜDAFĠƏSĠ     
 
Dadaşova S.B., Hacızadə M.R., Atakişiyeva S.Ə., Qurbanova İ.M. 
AMEA Botanika İnstitutu 
 
Aparılan  tədqiqatlarda 10
-3
M  qatılığında  24  saat  müddətində  Cd
2+
  yaratdığı  stres  şəraitdə  7-
günlük buğda cücərtilərinin  (Triticum aestivum  L.) fotosintetik aktivliyinə bitki  ekstraktlarının təsiri 
öyrənilmişdir.  Tədqiqat  obyekti  müxtəlif  pH  mühitlərində  (4,5;  6,8;  9,0)  yetişdirilmişdir.  Adaçayı 
yarpaqlarından-  Folia  Salvia  officinalis,  şirin  biyan  kökü-  Radix  glycyrrhizae  və    relikt  bitki  olan 
Danae  racemosanın  yarpaqlarından  alınmış  ekstraktların  antioksidant  aktivliyi  stabil  DPPH 
reaksiyasında  (1,1–diphenyl-2-picrylhydrazyl)  stabil  radikalla  müqayisədə  müəyyən  olunmuşdur. 
Müəyyən  edilmişdir  ki,  Cd
2+
  təsiri  nəticəsində  xloroplastın  fotosintetik  membranının  piqmentləri  öz 
xüsusiyyətlərini  kontrola  nisbətən  tez  itirir.  Bu  piqmentləri  stres  zamanı  qorumaq  üçün  Azərbaycan 
florasından alınmış bitki ekstraktları  (adaçayı  yarpaqları- Folia Salvia officinalis, şirin biyan kökü- 
Radix  glycyrrhizae  və    relikt  bitki  olan  Danae  racemosa)  istifadə  olunmuşdur.  Göstərilmişdir  ki, 
oksidləşdirici  stresdən  turş  mühitdə  (pH  4,5)  Xl  a  və  b-ni  adaçayı  və  şirin  biyan  kökü  ekstraktları, 
neytral  mühitdə  (pH  6,8)  isə  Danae  racemosa  və  adaçayı  ekstraktları  güclü  müdafiə  qabiliyyətinə 
malik  olmuşlar.  Qələvi  mühitdə  (pH  9,0)  bütün  tədqiq  olunan  ekstraktlar  Xl-in  müxtəlif  formalarını 
yaxşı müdafiə edir. Tədqiq olunan dərman bitkilərinin ekstrakt nümunələrinin spektrları infraqırmızı 
metod ilə öyrənilmişdir. Müəyyən olunmuşdur ki, bütün tədqiq olunan ekstraktlar 3400sm
-1
 maksimum 
udulma ətrafında geniş zolağa malikdir. Bu fenol hidroksil ilə birləşməsinin mövcudluğunu göstərir. 

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   263   264   265   266   267   268   269   270   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin