Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə268/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   264   265   266   267   268   269   270   271   ...   339
 
Açar  sözlər:  antioksidant,  ağır  metallar,  dərman  və  relikt  bitki,  fotosistem  II,  hidroksil  qrup, 
xlorofil a və b, infraqırmızı spektroskopiya. 
 
  Bitkilər qeyri şərait təbiət faktorların (yüksək və aşağı temperatur, torpağın güclü duzlaşması, 
yüksək  intensiv  işıq,  ağır  metal)  təsirinə  tez-tez  məruz  qalır.  Bitkilərdə  xlorofillər,  karotinoidlər  və 
fikobilinlər kimi fotosintetik piqmentlər fundamental rol oynayır. Bu piqmentlərin biosintezi müxtəlif 
biotik  və  abiotik,  həmçinin  ağır  metal  streslərinə  meyllidirlər.  Fotosintetik  piqmentlərin  biosintetik 
yollarının pozulmasının ilkin hədəflərindən biri də ağır metalların bitki metabolizminə təsiridir. Bu da 
öz  növbəsində  plastidlərin  inkişafına,  fotosintetik  effektliyə  və  ümumi  metabolizmə  təsir  göstərir. 
Ağır metalların təsiri fotosintetik piqmentlərin akkumulyasiyasını azaldır. Bu əsasən cücərtilərdə yeni 
yarpaqların fəal piqment sintezi dövründə baş verir [10]. Bitkinin belə təsirlərə cavabı stres reaksiyalar 
və  bir  çox  fizioloji  funksiyaların  zəifləməsi  olur,  yəni  hər  hansı  bir  stres  bitki  orqanizmində  sərbəst 
radikallar  əmələ  gətirir.  Bitkinin  antioksidant  (AO)  sistemi  oksidləşmə  stresə  qarşı  mexanizm  işini 
təmin  edir.  Ədəbiyyat  mənbələrindən  məlumdur  ki,  antioksidantların  klassifikasiyası  OH  qrup  və 
aromatik  həlqə  saylarına  görə,  həmçinin  hidroksil,  azot,  kükürd,  selen  və  fosfor  tərkibli  kimyəvi 
birləşmələrin  sinfi  üzrə  müxtəlifdirlər  [4].  Antioksidant  sistem  həm  aşağı  molekulyar  (piqmentlər, 
qlisin-betain,  askorbin  turşusu,  flavonoidlər  və  s.),  həm  də  spesifik  fermentlərdən  (SOD,  KAT, 
peroksidaza)  ibarətdir.  Bir  çox  müasir  tədqiqatçılar  aşağı  molekulyar  antioksidantların  öyrənilməsi 
istiqamətində işlər aparır və onların protektor rolunu göstərirlər. Bu protektorlar orqanizmdə yaranmış 
sərbəst radikalların təsirini zəiflədir və AO sistemin funksiyasını normallaşdırır [3]. O, həm çirklənmiş 
ətraf  mühitin  biokimyəvi  indikatoru,  həmçinin  stres  şəraitində  yetişdirilmiş  bitkinin  fizioloji 
vəziyyətinin  biomarkeridir  [1].  Ekstremal  faktorların  təsiri  zamanı  oksigenin  fəal  formasının  (OFF) 
əmələ gəlməsi güclənir. Fotosintez prosesində OFF ilk növbədə xloroplastda elektron nəqli zamanı və 
CO
2
  assimilyasiyası  prosesində  əmələ  gəlir  [5].  OFF-nın  həddindən  artıq  toplanması  oksidləşmə 
stresinə həssas bir sıra xloroplast fermentlərinin aktivliyinin azalmasına və ATF əmələ gəlmə sürətinə, 
həmçinin  tilakoid  membranının  strukturunun  zədələnməsinə  gətirib  çıxarır  [9].  Doymuş  halda  OFF 
iştirakı de novo D
1
 zülal və digər fotosintetik zülalların sintezini zəiflədir. Digər tərəfdən stres zamanı 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin