AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
157
ġəkil 1.T. durum Desf. (Bərəkətli-95) və T. aestivum L. (Əzəmətli-95) genotiplərinin
duzlu mühitdə (uyğun olaraq 0; 50; 100; 200 mM) cücərməsi.
a – duz mühitinə yenicə köçürülmüş, b – duzlu mühitdə 7 gün cücərdilmiş bitkilər.
Fotosintetik aparatda xlorofil flüoressensiyasının əsas hissəsi FS II tərəfindən şüalandırılır
(>90%), FS I isə zəif (˂10%) flüoressensiya mənbəyidir. Fotosistem II-də xlorofillin
flüoressensiyasının çıxımı onun reaksiya mərkəzində elektron daşınması ilə tənzimlənir. Başqa sözlə,
flüoressensiyanın çıxımı RM-nin oksidləşmə-reduksiya statusu ilə müəyyən olunur [4].
FS II reaksiya mərkəzində elektron akseptoru Qa (plastoxinon) neytral olduqda xlorofilin
flüoressensiyasının intensivliyi çox aşağı olur. Flüoressensiyanın bu səviyyəsi sabit və ya başlanğıc
(Fo və ya Fi kimi işarə edilir) flüoressensiya adlandırılır. Bu flüoressensiya antenna xlorofilinin
həyacanlaşma enerjisinin RM-ə çatmazdan əvvəl şüalanmasını xarakterizə edir və onun çıxımı
fotokimyəvi proseslərdən asılı deyil. İnduksiya siqnalında korrekt Fi səviyyəsini uzun müddət
qaranlıqda saxlanılmış yarpaq, xloroplast və s. tədqiqat obyektlərində Qa elektron akseptorunun tam
oksidləşməsindən sonra müşahidə etmək olar. Flüoressensiyanın bu səviyyəsi FS II-ni piqment və
membran səviyyəsində zədələyə bilən ətraf mühit amillərinin təsirinə çox həssasdır. Məsələn FS II-nin
istiliyin təsirindən zədələnməsi zamanı Fi-nin artımı müşahidə olunur [4].
Fotosistem II-də Qa akseptorunun reduksiya olunması (məsələn RM-də baş verən fotokimyəvi
reaksiyada) xlorofilin flüoressensiya çıxımının minimal Fi səviyyəsindən (Qa oksidləşdikdə)