AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
156
suyun oksidləşdiyi katalitik mərkəzin və onun yaxın ətrafının zərif quruluşu ilə əlaqədardır. Tilakoid
membranının lümen səthində yerləşmiş və maye mühitlə əhatə olunmuş katalitik mərkəzin quruluş və
funksiyası həm müxtəlif polyutantların, həm də fiziki-kimyəvi amillərin təsirindən asanlıqla pozulur.
Bu səbəbdən ümumilikdə fotosintez prosesinə stres amillərinin təsirinin öyrənilməsində fotosistem II
önəmli yer tutur.
Bu tədqiqat işində Triticum durum Desf. və Triticum aestivum L. növlərinin müxtəlif
genotiplərin NaCl duzu mühitində böyüməsi və duz stresinin ikinci fotosistemin fotokimyəvi
fəallığına təsiri öyrənilmişdir.