MATERĠAL VƏ METODLAR Tədqiqatlarda yerli seleksiyanın yüksək məhsuldarlığa və abiotik amillərə qarşı fərqli
davamlılıq nümayiş etdirən T. durum Desf. (Bərəkətli-95, Qaraqılçıq-2) və T. aestivum L. (Əzəmətli-
95, Qiymətli-2/17) genotiplərindən istifadə olunmuşdur. Toxumlar yuyularaq 45 dəq müddətində
distillə suyunda isladılmış, sonra isə 3%-li hidrogen peroksid məhluluna köçürülərək 15 dəq
müddətində saxlanılmış və sonda distillə suyu ilə yuyularaq cücərmə qablarında yerləşdirilmişdir.
İnkişafın 3-cü gününün sonunda cücərtilər su mühitindən NaCl duzunun müxtəlif qatılıqlı (0; 50; 100
və 200 mM) məhlullarına köçürülərək laboratoriya şəraitində hazırlanmış qurğuda, 3000 Lk
işıqlanmada (lüminessent və közərmə lampalarından istifadə edilməklə, 12 saatlıq növbəli
işıq/qaranlıq rejimində əlavə olaraq 7 gün (cəmi 10 gün) becərdilmişdir. Becərmə mühiti bitkilərin
inkişafı dövründə hava ilə üfürülmüşdür.
Bitkilərin yarpaqlarında fotosintetik elektron daşınmasına xas olan fotokimyəvi fəallıq Mini-
Pam (WALZ, Almaniya) flüorometri vasitəsi ilə qiymətləndirilmişdir. Bu flüorometr xlorofilin
başlanğıc (Fi) və maksimal (Fm) flüoressensiyasını, eləcə də FS II-nin fotokimyəvi fəallığı xarakterizə
edən nisbi flüoressensiya çıxımı – (Fm-Fi)/Fm parametrini təyin etməyə imkan verir.
NaCl duzunun hər bir qatılığına uyğun ölçülər eyni şəraitdə cücərdilmiş bitkilər üzərində 6
təkrarda aparılmış və orta qiymət hesablanaraq nəticələrin qrafiki təsvirində istifadə edilmişdir.