Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə312/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   308   309   310   311   312   313   314   315   ...   339
 
Açar sözlər:arpa bitkisi, in vitro şəraiti, genotip, qida mühiti, kallus 
 
    Arpa bitkisi becərilmə ərazisi və ümumi istehsalına görə dünyanın kənd təsərrüfatında  əsas  yer 
tutan  bitkilərdən  biridir,  güclü  fotosintetik  aparatı  və  yüksək  məhsuldarlığı  ilə  xarakterizə  olunur 
[1,2,3]. Bu bitki xəstəliklərə, quraqlığa, torpagın şoranlığına və digər stres amillərinə qarşı davamlıdır. 
Son  zamanlar  dünyanın  bir  çox  elm  mərkəzlərində  arpa  bitkisi  molekulyar-genetik  və  biotexnoloji 
metodlar    vasitəsilə    tədqiq  edilir  [1,2,3,4,5,6,7,8,9,10,11].  Biotexnoloji  metodların  təməlini  in  vitro 
kultura təşkil edir. İn vitro şəraitində  kallus toxumalarının və regenerant bitkilərin  alınması üçün həm 
genotip  xüsusiyyəti,  həm  eksplant  tipi,  həm  də  süni  qida  mühitinin  fitohormonal  tərkibi  nəzərə 
alınmalıdır [12,13,14,15,16,17].  
        Genotipin  in  vitro  kulturada  oynadığı  rolu  intakt  bitkilərin  böyümə  və  inkişafında  iştirak  edən 
genlərin in vitro şəraitində aktiv olması ilə təsdiq olunmuşdur. İntakt bitkilərin ontogenez müddətinin 
və inkişaf tipinin müxtəlif gen sistemləri ilə nəzarət edilməsi və  irsi xarakter daşıması sübut olunmuş 
faktdır.  Taxıl  bitkilərində  belə  gen  sistemlərinə  bitkinin  inkişaf  tipini  (yazlıq-payızlıq)  VRN 
(vernalization) və fotoperiodunu nəzarət edən PPD genləri aiddirlər. Bu gen  sistemlərinin ekspressiya 
aktivliyi    tez  və  ləng  inkişaf  edən  bitkilərdə  eyni  deyil  və  bitkinin  bəzi  biokimyəvi  göstəricilərində 
özünü  göstərir.  Tez  inkişaf  edən  bitkilərin  yarpaq  və  meristemlərində  ləng  inkişaf  edən  bitkilərə 
nisbətən  fermentlərin  aktivliyi  getdikcə  artır,  bitkilərdə  karbohidrat  və  fitohormonların  miqdarı 
yüksəlir.    İn  vitro  şəraitində  isə  bu  gen  sistemləri  eksplantdan  asılı  olmadan  ləng  inkişaf  edən 
bitkilərin in vitro kulturasında ilkin effektli kallus əmələ gətirmə qabiliyyətini, yüksək proliferasiya və 
biokütlənin  toplanmasıni;    tez  inkişaf  edən  bitkilərin  kulturasında  isə  müxtəlif  formalı  morfogenez 
proseslərini  (hemmogenez,  hemmorizigenez  və  somatik  embriogenez)  tənzimləyirlər.  Tədqiqatlar 
əsasında  müəlliflər    belə  nəticəyə  gəliblər  ki,  dənli  bitkilərin  in  vivo  inkişaf  sürətini  müəyyən  edən 
VRN və PPD gen sistemləri in vitro şəraitində morfogenez proseslərinə nəzarət edirlər [11]. 
      Genotipin  rolu  Hordeum  cinsinin  müxtəlif  seksiyalarına  aid  olan  bitkilərin  in  vitro  kulturasının 
öyrənilməsi zamanı özünü biruzə vermişdir. Həm kallus əmələgətirmə, həm də regenerasiyanın tipinə 
görə  genotiplər  biri-birindən  fərqlənirdilər.  Belə  ki,  genotipdən  asılı  olan  3  regenerasiya  tipi  ayırd 
olunmuşdur:  az  təsadüf  edən  regenerasiya;  külli  regenerasiya;  üzərində  nekrozlar  müşahidə  olunan 
külli  regenerasiya.    Nümunələr  üçün  xarakterizə  olan  regenerasiya  tipi  nə  eksplantdan,  nə  də  qida 
mühitinin  tərkibindən  dəyişmirdi  [3,9,18].  Lakin  yetişmiş  rüşeymlərdən  alınmış  toxumalarda 
regenerasiyanın  effektliyi    digər  eksplantlara  nisbətən  yüksək  idi.  Regenerasiyanın  effektliyi 
eksplantın ölçüsündən asılı olsa belə, onun keyfiyyət göstəricisi eksplantın tipindən asılı deyildi [9]. 
         Bir  çox  alımlərin  fikrincə  məhz  yetişmiş  rüşeymlər    arpanın  in  vitro    şəraitdə  öyrənilməsi  və 
yüksək tezlikli regenerant bitkilərinin alınması üçün ən münasib  material sayılır [6,7]. Bunun səbəbi 
ondadır  ki,  yetişməmiş  rüşeymlərdən  alınmış  embriogen  toxumalarda  əhəmiyyətli  dərəcədə  sort 
asılılığı  mövcuddur  [4],  yetişmiş  rüşeymlərdən  alınmış  embriogen  toxumalarda  isə  bu  asılılıq 
müşahidə  edilmir  [17].  Bundan  başqa,  androgen  kalluslardan    və  yetişməmiş  rüşeym  kulturasından 
alınmış  regenerasiyanın effektliyi xlorofill-defektli və zəif inkişaf edən regenerant bitkilərin mövcud 
olmasına  görə  azalır.  Bəzi  hallarda    xlorofil-defektli  regenerant  bitkilər  regenerantların  ümumi 
sayından 1%-22,8% təşkil edirdilər [1,6,8,15,16,19,21]. Yetişmiş rüşeymlərin eksplant kimi istifadəsi 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   308   309   310   311   312   313   314   315   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin