Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi


AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə313/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   309   310   311   312   313   314   315   316   ...   339
AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
 
 
 
174 
zamanı isə in vitro kulturada alınmış regenerant bitkilərin arasında inkişaf etməyən və xlorofil-defektli 
bitkilər müşahidə olunmamışdır [20]. 
       İn  vitro  kulturada  istifadə  edilən  süni  qida  mühitinin  fitohormonal  tərkibinin  təsir  dərəcəsini 
göstərmək  üçün  Qazaxstan  alımlərinin  apardıqları  tədqiqatları  misal  gətirmək  istəyirik.    Müəlliflər 
qida  mühitinin  fitohormonal  tərkibini  dəyişməklə  genotiplərin  xüsusiyyətini  aradan  qaldırmaq 
mümkünlüyünü  təsdiq  edirlər.  Müəlliflərin  izahatına  görə,  auksin  tipli  təsir  göstərən  2,4-
dixlorfenoksisirkə turşusunun yüksək qatılıqlarının qida mühitinə əlavə edilməsi zamanı uzun müddət 
becərilən  kallus  toxumaları  stresə  uğrayaraq  metamorfozlar  keçirirlər.  Metamorfoz  zamanı 
hüceyrələrin  bölünməsi  dayanır,  hüceyrəarası  əlaqələr  pozulur;  proqramlaşdırılmış  hüceyrə  ölümü 
yolu  ilə  hüceyrələrin  ölümü  baş  verir;  heceyrəharici  maddələr  sekresiya  edilir,  hüceyrələr  ayrılır  və 
yenidən  embriogenez  yoluna  yönəldən  proqramlaşdırılma  gedir.  Stres  aradan  götürüləndən  sonra, 
hüceyrələrin bölünməsi  aktivləşir, embriogen hüceyrə komplekslərinin aktiv proliferasiyası  başlanır, 
embrioidlərin inisiasiya və differensiasiyası baş verir və regenerant bitkilər əmələ gəlirlər. Göstərilmiş 
texnologiya  vasitəsilə  eyni  morfogenetik  reaksiyanı  göstərən  və  regenerasiya  potensialını  uzun 
müddət  saxlamağı  bacaran  embriogen  toxumalar  törənir.  Nəticədə  genotiplər  arasında  morfogenetik 
reaksiyalarda olan fərqlər aradan qaldırılır [10,22,23,24]

      Yuxarıda  deyilənlərə  baxmayaraq,  dənli  bitkilərin  hüceyrə  kulturasına  daxil  edilməsi  bəzi 
çətinliklərlə  üzləşir.  Məsələnin  mürəkkəbliyi  ondadır  ki,  eksplantlardan  alınmış  kallus  kütlələrinin 
morfogenetik  potensialı  çox  aşağı  olur  [4,18].  Arpa  genotiplərinin  aşağı  regenerasiya  potensialı  ilə 
xarakterizə olmasının səbəbi isə kallus toxumalarının çətin əmələgəlməsi və zəif proliferasiya etməsi 
ilə izah olunur [5, 12, 14]. 
       Taxıl  və  arpa  bitkilərinin  in  vitro  regenerasiyasını  və  transformasiyasını  öyrənən    elmi 
tədqiqatların  əksəriyyəti  avropa,  asiya  və  amerika  seleksiyasının  sortları  ilə  aparılıb  [7,  25]. 
Azərbaycan  seleksiyasının  sortnümunələrinin  in  vitro  metodlarlar  vasitəsi  ilə  tədqiqi  bu  vaxta  qədər 
aparılmamışdır.  
       İşin məqsədi yerli arpa sortnümunələrini in vitro kulturaya daxil etməklə kallusogenez prosesinin 
genotip, qida mühiti və eksplantdan asılılığını öyrənməkdən ibarətdir. 

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   309   310   311   312   313   314   315   316   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin