NƏTĠCƏLƏR VƏ ONLARIN MÜZAKĠRƏSĠ Öyrənilən sortnümunələrinin eksplantları kallus əmələgətirmə qabiliyyətinə görə biri-birindən
fərqlənirdilər. Naxçıvandəni, Baxarlı, Sadlıq, Calalə, Qarabaq 22, Qarabaq 7, Dəyənətli, və Qudrətli
48 sortnümunələrinin eksplantlarında kallusogenez prosesi 5-7 gündən sonra başlanmışdır. Murasiqe-
Skuq və Qamborq (B
5
) qida mühitlərinə əkilmiş Qarabaq 33 və Zəmi sortnümunələrin yetişmiş
rüşeymlərindən kallus toxumalarını almaq mümkün olmadı. Müşahidələr aparılan müddətdə yetişmiş
rüşeymlərin çoxu ölçüdə bir qədər artandan sonra, inkişafdan qalıb, məhv olurdular (şək.1). Bunu
genotip xüsusiyyəti ilə izah etmək olar [4,9, 12, 20], çünki bu sortnümunələrinin etiolizə olunmuş
cücərtilərində də olduqca zəif proliferasiya edən kallus hüceyrələri əmələ gəlmişdilər (şək.2).