Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi


AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə5/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   2   3   4   5   6   7   8   9   ...   339
AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
 
 
 

Ekosistem xidmətlərinin beynəlxalq təsnifatı  
Ekosistem  xidmətləri  sahəsində  xeyli  miqdarda  tədqiqatların  olmasına  baxmayaraq,  indiyə 
qədər hələ də uyğun vahid təsnifatı hazırlanmayıb [3]. 
Hal-hazırda ekosistem xidmətlərinin üç beynəlxalq təsnifatı vardır: 
-  ―Minilliyin  Qiymətləndirilməsi‖  (Millennium  Ecosystem  Assessment  (MA),  2005) 
hesabatında  ekosistem  xidmətlərinin  qlobal  və  sub-qlobal  qiymətləndirilməsi  üçün  istifadə  olunan 
təsnifat; 
-  ―Ekosistemin  və  Biomüxtəlifliyin  İqtisadiyyatı‖  (The  Economics  of  Ecosystem  and 
Biodiversity  (TEEB),  2010)  beynəlxalq  təşəbbüsündə  bu  layihənin  iştirakçı  ölkələri  tərəfindən  milli 
səviyyədə ekosistem xidmətlərinin qiymətləndirilməsi üçün istifadə olunan təsnifat
-  Ətraf  Mühitin  Mühafizəsi  üzrə  Avropa  Agentliyinin  Ekosistem  Xidmətlərinin  Ümumi 
Beynəlxalq Təsnifatı (CICES - Common International Classification of Ecosystem Services) yuxarıda 
qeyd  olunan  iki  təsnifat  əsasında,  lakin  əsasən,  milli,  regional  və  yerli  səviyyələrdə  ekosistemlərin 
iqtisadi qiymətləndirilməsi və qeydiyyatına  yönəlmişdir [1]. 
Bu  beynəlxalq  təsnifatlarda  əhəmiyyətli  dərəcədə  oxşarlıqlar  mövcuddur.  Ekosistem 
xidmətlərinin insana faydalar qazandıran üç əsas kateqoriya təsnifatların hamısına daxildir: 
-  təmin  olunma  (provisioning)  –  insanları,  onlar  tərəfindən  birbaşa  istifadə  olunan  maddi 
resurslar  ilə  təmin  olunması.  Məsələn,  ekosistemlərdən  əldə  edilən  qida  və  ya  meşə  materialı  kimi 
məhsullar; 
-  tənzimləyici  (regulating)  –  ekosistemlər  tərəfindən  insan  rifahı  üçün  birbaşa  vacib  olan 
müvafiq ətraf mühit göstəricilərini tənzimləyən müxtəlif mexanizmlər. Məsələn, suyun təmizlənməsi, 
daşqına nəzarət və ya karbonun fiksasiyası vasitəsilə iqlim tənzimlənməsi
-  mədəni  (cultural)  -  insanların  maddi  olmayan  mədəni,  mənəvi  və  elmi  tələbatının 
ödənilməsi. 
Avropada 2011-ci ildə Avropa Komissiyası tərəfindən 2020-ci ilə Biomüxtəliflik Strategiyası 
qəbul  edilmişdir.  Bu  Strategiyada  Hədəf  2-də  qeyd  olunur  ki,―2020-ci  ilə  qədər,  ekosistemlər  və 
onların  xidmətləri  saxlanılmalı  və  inkişaf  etdirilməli‖dir.  Buna  nail  olmaq  üçün  Strategiyanın  5-ci 
Fəaliyyəti  Üzv  Dövlətlərin  ―2014-cü  ilə  qədər  öz  ərazisində  ekosistemlər  və  onların  xidmətlərinin 
statusunu 
xəritələndirməyi 
və 
qiymətləndirməyi, 
belə 
xidmətlərin 
iqtisadi 
dəyərinin 
qiymətləndirilməsini və 2020-ci ilə qədər bu dəyərlərin Avropa İttifaqı (Aİ) və milli səviyyədə uçotu 
və  hesabat  sistemlərinə  inteqrasiyasını  təşviq  etməyi  qarşıya  məqsəd  qoyur  (Maes  və  b.,  2014).  Bu 
məqsədlə,  ―Ekosistemlər  və  onların  Xidmətlərin  Xəritələndirilməsi  və  Qiymətləndirilməsi‖  (MAES) 
təşəbbüsü  təsis  edilmiş  və  Aİ  ölkələri  arasında  ekosistemi  qiymətləndirilməsi  zamanı  razılaşdırılmış 
yanaşmanın təmini üçün zəmin hazırlanmışdır (Maes et al., 2013a) [1].  
Qlobal  səviyyədə  ekosistem  xidmətlərinin  qiymətləndirilməsi  2012-ci  ildə  BMT  tərəfindən 
yaradılmış  Biomüxtəliflik  və  Ekosistem  Xidmətləri  üzrə  Hökumətlərarası  Platforması  (BEXHP  / 
IPBES)  tərəfindən  koordinasiya  olunur.  BEXHP  biomüxtəlifliyin  qorunması  və  davamlı  istifadəsi, 
uzunmüddətli  insan  rifahı  və  davamlı  inkişafı  məqsədi  ilə  biomüxtəliflik  və  ekosistem  xidmətləri 
sahəsində  elm-siyasət  qarşılıqlı  əlaqəsini  gücləndirmək  üçün  yaradılmış  müstəqil  hökumətlərarası 
təşkilatdır. 

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin