AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
7
həyata keçirilmişdir. Lakin 2010-cu ildə biomüxtəliflik sahəsində yenilənmiş Strateji Plan, o,
cümlədən 2011-2020-ci illərə aid biomüxtəliflik üzrə Aiçi Hədəfləri qəbul edilməsi BMSFP-nin
yenisinin hazırlanmasını zəruri etmişdir [4].
Strateji plan həmçinin BMSFP-yə daxil edilməli aşağıdakı bir sıra məsələləri, o cümlədən
ölkələrə təlimatı da əhatə edir:
a) biomüxtəliflik və ekosistem xidmətlərinin dəyərini tam dərk edilməsi və bu dəyərlərin
inkişaf edilməsi və yoxsulluğun azaldılması strategiyalarına daxil edilməsi (Hədəflər 1 və 2);
b) xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsini quruda 12%-dən 17%-dək və dənizdə
6%-dən 10%-dək artırılması (Hədəf 11);
c) su, səhiyyə və yaşayış üçün əsas ekosistem xidmətlərini bərpa edilməsi və qorunması
(Hədəf 14); və
d) ekosistemin iqlim dəyişməsinə olan müqavimətini gücləndirilməsi və iqlim dəyişməsinə
uyğunlaşma və onun təsirinin yumşaldılması üzrə ekosistem əsaslı yanaşmaları təbliğ edilməsi (Hədəf
15).
Azərbaycanında bitki biomüxtəlifliyinin qorunması, davamlı istifadəsi və inkişafı
istiqamətində müxtəlif beynəlxalq elmi təşkilatlarla imzalanmış memorandumlar, müqavilələr və
razılaşmalar çərçivəsində Botanika İnstitunda son 5 il müddətində həyata keçirilən tədbirlər bu
baxımdan çox əhəmiyyətlidir [5]. BMK-nın 2011-2020-ci illər üzrə Strateji Planı çərçivəsində 2011-
2020-ci illərə aid biomüxtəliflik üzrə yerinə yetirilməsi üzrə dəstək məqsədi daşıyan müxtəlif
beynəlxalq tədbirlərə AMEA Botanika İnstitutu fəal iştirak etmişdir. Bunları nəzərə alaraq, AMEA-
nın müxbir üzvü Validə Əli-zadə IPBES işçi proqramının həyata keçirilməsini dəstəkləmək üçün
Avropa və Mərkəzi Asiya üzrə Multidisiplinar Ekspert Qrupu tərəfindən aparıcı ekspert seçilmiş, bu
regionlar üçün biomüxtəliflik və ekosistem xidmətlərinin qiymətləndirilməsi üzrə 3 il müddətində
(2015-2017) fəaliyyət göstərəcək.
AMEA-nın müxbir üzvü V. Əli-zadə 31 avqust - 4 sentyabr 2015-ci ildə İsveçrənin Engelberg
şəhərində keçirilmiş Avropa və Mərkəzi Asiya üzrə Ekspert Qrupunun I Regional Qiymətləndirilmə
iclasında iştirak etmişdir. Tədbirin əsas məqsədi regional və subregional səviyyələrdə biomüxtəliflik,
ekosistem funksiyaları və ekosistem xidmətləri sahəsində elm-siyasət qarşılıqlı əlaqəsini
gücləndirməkdən ibarət olub. Qiymətləndirilmələr, potensial kritik nöqtələr, əks-əlaqə və uzlaşmanın
vurğulanması yolu daxil olmaqla, insan və təbiət arasında qarşılıqlı münasibətə dair keçmiş, indiki və
gələcək bilik vəziyyəti təhlil etməyə imkan verəcəkdir.
14-17 dekabr 2015-ci ildə isə Belçikanın Brüssel şəhərində Avropa Komissiyası və Ekosistem
və Xidmətlərinin Xəritələndirilməsi və Qiymətləndirilməsi (MAES) beynalxalq təşəbbüsü tərəfindən
təşkil olunmuş tədbirə azərbaycanlı ekspertlərdən, IPBES-in aparıcı eksperti, AMEA Botanika
İnstitunun direktoru AMEA-nın müxbir üzvü Validə Əli-zadə və b.ü.f.d. Rəşad Səlimov dəvət
olunmuşdur. Tədbir zamanı aşağıdakı 3 əsas istiqamət üzrə plenar iclaslar təşkil olunmuşdur.
1. Ekosistem vəziyyətinin xəritələndirilməsi və qiymətləndirilməsi, ekosistem və ekosistem
xidmətlərinin əlaqələndirilməsi
2. Ekosistem xdimətlərinin dəyərinin qiymətləndirilməsi, Aİ və milli səviyyədə Təbii Kapital
Hesabının hazırlanması
3. Yerli səviyyədə ekosistem xidmətləri üzrə layihələrin təsirinin qiymətləndirilməsi (məsələn,
LIFE layihələr və pilot hallarda)
Görüşdə biomüxtəliflik, ekosistem və ekosistem xidmətlərinin, bu xidmətlərin biomüxtəlifliyə
və insan rifahına təsiri, ekosistem və ekosistem xidmətlərinin xətiələndirilməsi və qiymətləndirilməsi
ilə əlaqədar yaranan yeni problemlər və digər məsələlər geniş müzakirə edilmişdir. Həmçinin, ekoloji
və bioloji baxımdan əhəmiyyətli qlobal, regional və milli indikatorların müəyyən edilməsi işinin
vacibliyi ilə yanaşı cəmiyyətin təlabatından irəli gələn dəyişikliklərin drayverləri (hərəkətverici
qüvvələri) də qeyd edilmişdir.
Bioloji müxtəlifliyin qorunması və dayanıqlı istifadəsi baxımından ekosistem və xidmətlərinin
dəyərinin qiymətləndirilməsinə dair hesabatların təqdim edilməsi yolları araşdırılmışdır.