Azərbaycanın ekosistemləri və onun xidmətlərinin qiymətləndirilməsində ilkin addımlar Zəngin biomüxtəlifliyə malik Azərbaycan florası dünyanın 200 ən həssas ekoloji
regionlarından biri olan Qafqazda özünəməxsus yer tutur. Son illərdə respublikada biomüxtəlifliyin
qorunub saxlanması istiqamətində xeyli işlər görülmüşdür. Belə ki, Respublikasında təbiətin
mühafizəsi bir sıra qanunvericilik aktları ilə tənzimlənir. Biomüxtəliflik üzrə Milli Strategiya və
Fəaliyyət Planı (BMSFP), Ekoloji cəhətdən dayanaqlı sosial-iqtisadi inkişafa dair Milli Proqramı və
digər dövlət proqramları qəbul edilmişdir. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Bioloji
Müxtəliflik haqqında Konvensiya (BMK) çərçivəsində götürülmüş öhdəliklərin, xüsusən də BMK-
nın 2011-2020-ci illər üzrə Strateji Planının milli səviyyədə yerinə yetirilməsi, biomüxtəlifliyin
planlaşdırılması baxımından son dərəcə əhəmiyyətli olan Azərbaycan Respublikasının ―Qırmızı
Kitabi‖nın 2-ci nəşri hazırlanmış, BMSFP-də nəzərdə tutulmuş tədbirlər istiqamətində müvafiq işlər