Ayrılıq belə düşdü
149
Ya Qəhhar, ya Qüddus, Bismillahir Rəhmanir-Rəhim,
Allah Əkbər, la şəriki – haqdı dini Məhəmməd.
Beş pənci ali-əba, hər iki dünya sərvəri,
Millətinə şəfadardı məhşər günü Məhəmməd.
İbrahim Xəlilullah ilkin yapdı Kəbəni,
Peyğəmbərə şəkk edənlər sökdü, çapdı Kəbəni.
Mədinədən qayıdanda gəldi, tapdı Kəbəni,
Bəzədi öz əlləriylə haqq öyünü Məhəmməd.
Gündə beş vaxt səcdəyə get, Şiruyə, eylə vəfa,
Məhşər günü sayə salar, eylər dərdinə dəva,
Yetəndə mehrac evinə Məhəmməd-əl Mustafa
Yeddinci qat göydə qоydu məleykəni Məhəmməd.
Məqamına yetdi İmam Baqirin,
İmamı Səccadın seyidlər pirin.
Meysət Tammarı da ziyarət etdi,
İndi Samiraya bu karvan getdi.
Burda dəfn olunub Həsən-Əsgəri,
İmamı Hadinin burdadır qəbri.
İmamı Zamanın anası Nərgiz,
Burda dəfn olunub, burda salıb iz.
Bibisi Həkimə burda dəfn olub,
İmamı Zamana burda hökm olub.
|