109
Qoy sürtüm gözümə torpaq-daşını, Düşdük qucağından biz cida, Göyçə! Ölsəm ruhum gəzər zirvələrini, Sənə deyəmmərəm əlvida, Göyçə! Gedirik, qoynunda çathaçat qalır, Yığdığımız nə var qatbaqat qalır. Atam, anam səndə amanat qalır, Saxla, torpağına mən fəda, Göyçə! Yol tutun, ay oğul, mən də gəlirəm, Bu son ayrılıqdı, çoxdan bilirəm. Hicranına çətin dözəm, ölürəm, Barı eylə mənə son nida, Göyçə!
Yanaşı tikmişdi üç qardaş evi,
Hər birinin tikdirdiyi daş evi.
Ağlağan gözlərə getmə deyirdi,
Mənim nəzərimdən itmə deyirdi.
Üç qardaş – Köçəri, Məsim və Əli,
Doğma yurddan qaçqın düşdülər, bəli.
Köçəri köçünü çəkdi Gəncəyə,
Oğlu İkram kömək eyləsin deyə.
Bakıya üz tutdu Əli, həm Məsim,
Bir azdan Bakıdan gələcək səsim...