Təbiətdə eyni növə mənsub olan fərdlər ayrı-ayrılıq-
da deyil, qruplar şəklində yaşayırlar. Hər bir qrupun
özünün müəyyən yaşayış sahəsi olur və onun fərdləri
arasında sərbəst çarpazlaşma baş verir. Qrupların bir-
birinə qarışmamasının səbəbi onlar arasında müxtəlif
maneələrin (təcridlərin) olmasıdır. Bu cür maneələr bir
qrupun fərdlərinin digəri ilə çarpazlaşmasına çətinlik törədir və bunlar arasında çar-
pazlaşma nadir hallarda baş verir.
Populyasiya. Növün bir-birindən tam və ya qismən təcrid olunmuş halda yaşayan
fərd qruplarını populyasiya (lat. “populus” – xalq, əhali)adlandırırlar.
Eyni növə mənsub fərdlər növün arealı daxilində populyasiyalar şəklində yayılır-
lar. Növlərin populyasiyalar şəklində yaşamasının əsas səbəbi xarici mühit şəraitinin
müxtəlifliyidir. Populyasiyaların miqdarı və fərdlərini sayı arealın əlverişli həyat şə-
raiti olan hissəsində daha çox olur.