Populyasiyanın tərkibi. Hər bir populyasiyanı cinsinə və yaşına görə fərqlənən
fərdlər təşkil edir. Populyasiyanin cins tərkibi dişi və erkəklərdən ibarət olur. Bunların nisbəti,
adətən, 1:1 nisbətində olur. Lakin fərdi inkişafın müxtəlif mərhələlərində dişi və
erkəklərin miqdarı onların həyat qabiliyyətindən asılı olaraq dəyişə bilər.
Populyasiyada müxtəlif yaş strukturuna malik fərdlər olur. Əgər populyasiyada
cinsi yetişkənliyə malik fərdlər üstünlük təşkil edərsə, populyasiya daha da inkişaf
edər. Lakin yaşlı fərdlər daha çox olarsa, populyasiya məhvə doğru gedər.