29
• I fəsil •
Canlı orqanizmlərin kimyəvi tərkibi
•
Zülal molekulunun quruluşu. Aminturşular bir-
biri ilə peptid rabitələri hesabına birləşmə əmələ
gətirə bilir. Bir-biri ilə birləşən aminturşu qalıqları
polipeptid zəncir deyilən zülalın
ilkin (birincili) qu-
ruluşunu yaradır. Müxtəlif aminturşuların belə birləş-
mə ardıcıllığından asılı olaraq zülalar müəyyən xü-
susiyyətlərə malik olurlar
. Zülal molekulları təkcə birincili deyil, ikincili, üçüncülü
və hətta dördüncülü quruluşu da əmələ gətirə bilir.
Birincili quruluşlu zülal
aminturşuların birləşmə ardıcıllığından ibarət uzun sap
şəklində olur. Adətən, belə sap sonradan spiral halında burulur. Sapın spiral şəklində
burulması
zülalın ikincili quruluşu adlanır. Belə formanın
meydana gəlməsinin əsas
səbəbi spiralın hər burumları arasında
hidrogen rabitələrinin yaranmasıdır. Yaranan
spiral sap daha da sıx burularaq çox mürəkkəb fəza quruluşu (konfiqurasiya) yaradır.
Belə çoxsaylı burulmalar nəticəsində zülal molekulu kürəcik və ya yumaq (qlobula)
şəklini alaraq daha da kiçilir. Bu,
üçüncülü quruluş adlanır. Üçüncülü quruluşda olan
zülal həm də bioloji cəhətdən aktivləşir.
Beləliklə, zülalların əksəriyyəti öz bioloji funksiyasını üçüncülü quruluşa malik
olduqdan sonra yerinə yetirir. Bununla yanaşı, orqanizmdə müəyyən funksiyaları
yerinə yetirmək üçün daha yüksək quruluş səviyyəsinə malik zülallar tələb olunur.
Belə quruluşlardan biri də
dördüncülü quruluşdur. Bu quruluş üçüncülü struktura
malik bir neçə zülal zəncirinin birləşməsi hesabına yaranır. Dördüncülü quruluşlu
Dostları ilə paylaş: