17 – Xromosom nədir? – DNT molekulu hansı quruluş xüsusiyyətlərinə malikdir?
Hüceyrə tsiklinin davametmə müddəti hüceyrənin növündən asılıdır. Bəzi
hüceyrələrin, məsələn, sinir hüceyrələrinin həyat tsikli embrional dövr
bitdikdən sonra orqanizmin bütün ömrü boyu əvəz olunmur və onunla
birlikdə də məhv olurlar. Hüceyrələrin həyat tsikli bəzən on illərlə davam
edə bilər. Buna baxmayaraq dərinin və bağırsağın epiteli hüceyrələri 2–3
gündən 2–3 həftəyə qədər yaşayır, sonra isə yeniləri ilə əvəz olunur.