2
Əgər A və B mənbələrindən C nöqtəsinə dalğalar əks fazada gələrsə, rəqslərin zəifləməsi baş verir.
Bu halda birinci dalğanın qabarığı ikinci dalğanın kökəkliyi ilə və birinci dalğanın kökəkliyi ikinci dalğanın
qabarığı ilə üst-üstə düşür. Bu dalğalar toplanaraq fəzanın verilmiş nöqtəsində elə bir rəqslər yaradırlar ki,
bu rəqslərin amplitudu birinci və ikinci dalğanın amplitudlarının cəminə bərabərdir:
A
yekun
=|A
1
–A
2
|.
Əgər toplanan dalğaların amplitudu bərabərdirsə A
1
=A
2
=A,
onda yekun rəqslərin amplitudu:
A
yekun
=0.
Minimum şərti.
Əgər verilmiş nöqtəyə gələn iki dalğanın yollar fərqi tək sayda yarımdalğa uzunluğuna
bərabərdirsə, onda bu nöqtədə minimum müşahidə olunacaq – dalğalar bir-birini zəiflədir.
Minmum şərti üçün belə çıxır ki:
1.
Dalğaların yollar fərqi
𝛥𝑑 = (2𝑘 − 1) ∙
𝜆
2
, burada k =0;
±1; ±2; ±3; ....
2.
Fazalar fərqi
Δφ=(2k–1)·π
, burada k =
0; ±1; ±2; ±3; ....
Dostları ilə paylaş: