xanlığın müstəqil yaşaması üçün əlverişli beynəlxalq təhlükəsizlik şəraiti
yaratmaqdan ibarət idi. Azərbaycanın cənubunda Urmiya xanlığı, şimalında isə
Quba xanlığı öz xarici siyasətlərində digər xanlıqları da tabe etmək yolu ilə
Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmək məqsədini ön plana
çəkmişdi. Urmiyalı Fətəli xan və qubalı Fətəli xan bütöv və böyük Azərbaycan
dövləti yaradılması uğrunda uzun müddət mübarizə aparmışdılar. Azərbaycan
torpaqlarının birləşdirilməsi yolunda əsas maneə keçmiş Səfəvi imperiyasının
torpaqlarında ağalıq etmək istəyən fars Kərim xan Zənd və Qafqazın müsəlman
və türk xalqlarına qəti düşmən münasibət bəsləyən Rusiya idi. Belə mürəkkəb
şəraitdə hər bir Azərbaycan xanlığı ilk növbədə öz mənafeyini və maraqlarım
üstün tutduğundan xanlıqlararası münasibətlər bir çox hallarda düşmənçiliyə
çevrilirdi. Əlbəttə, ayrı-ayrı xanlıqlar arasında ümumi mənafe naminə dinc,
mehriban qonşuluq, dostluq və müttəfiqlik münasibətləri də mövcud olmuşdur.
Fars Kərim xan Zənd Səfəvi sülaləsinin nümayəndələrindən biri olan III
İsmayılı şahlıq taxtına oturdaraq Azərbaycanın cənub xanlıqlanm tabe etmək
uğrunda mübarizəyə başladı. Türk soyundan olan Məhəmmədhəsən xan Qacar
1755-1759-cu illərdə keçmiş Səfəvi torpaqlarında ali hakimiyyət uğrunda
savaşda Kərim xan Zəndi məğlubiyyətə uğratsa da, onu siyasi səhnədən
tamamilə sıxışdınb çıxara bilmədi. 1763-cü ildə Kərim xan Zənd qarabağlı
Pənahəli xan, qaradağlı Kazım xan, xoylu Şahbaz xanın köməyi ilə Urmiya
xanlığını ələ keçirdi. “Şiraz qonaqlığı” adı ilə Azərbaycan xanlarını girov
götürdü. Lakin Kərim xan Zəndin Azərbaycanın şimal xanlıqlarını ələ keçirmək
cəhdləri nəticəsiz qaldı. Qarabağ xanlığında XVIII yüzilliyin 60-cı illərində öz
mövqeyini daha da möhkəmləndirən İbrahimxəlil xan Kərim xan Zəndin onun
daxili işlərinə qarışmasına imkan vermirdi. Xanlıq onun hücumlarını dəf etmək
üçün kifayət qədər böyük hərbi-siyasi gücə malik idi. Kərim xan Zəndin
siyasətində Qarabağdan sonra Quba xanlığı mühüm yer tuturdu. Çünki qubalı
Fətəli xan bir tərəfdən bir çox Azərbaycan xanlıqlanm birləşdirməklə xeyli
güclənmişdi, digər tərəfdən öz dövləti üçün güclü dayaq axtarışlannda Rusiya ilə
yaxın münasibətlər qurmağa çalışırdı. Kərim xan Zənd Qubaya tez-tez elçilər
göndərir, dinc, yaxud müharibə yolu ilə Fətəli xanı tabe etməyə çalışırdı. Quba
xanlığı üzərinə təcavüzkar yürüşləri uğursuz bitdiyindən 1775-1776-cı illərdə
Kərim xanla Fətəli xan arasında elçilər mübadiləsi olmuşdu. Kərim xan Zənd
siyasətini dəyişərək müttəfiqi olan Gilan hakimi Hidayət xanı Quba xanlığı
üzərinə yürüşə təhrik etmişdi. Hidayət xan bəzi Azərbaycan və Dağıstan
hakimlərinin köməyi ilə 1778-ci ildə Salyan və Cavadı ələ keçirmişdi.
Dostları ilə paylaş: